Səudiyyə Ərəbistanı kralının uzaq qohumunun cəsədi İngiltərədə Kensingtondakı beşulduzlu Marriott otelinin vanna otağında tapılıb. Faciə 2025-ci ilin noyabr ayının sonlarında baş verib, lakin hadisənin təfərrüatları yalnız indi məlum olub.
Məhkəmə-tibb ekspertləri kral ailəsi üzvünün ölüm səbəbinin ürək tutması olduğunu müəyyən ediblər. Meyitin yarılması zamanı 29 yaşlı kişidə xroniki tibbi vəziyyət aşkar edilməyib.
Lakin onun qanında spirtli içki səviyyəsi sürücülər üçün qanuni limitdən təxminən üç dəfə çox olub. Eyni zamanda onun orqanizmində kannabis, Xanax və qamma-hidroksibutirat (GHB) izləri aşkar edilib.
Ölümə spirtli içki və qanunsuz maddələrin qarışdırılmasına kəskin zəhərli reaksiya səbəb olub. Hadisədən üç ay əvvəl şahzadə Londondakı özəl klinikada spirtli içki və narkotik asılılığından reabilitasiya üçün müalicə alırdı.
SAMİRƏ