Hörmüz boğazında gərginlik davam edir. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüzdə onların təyin etdiyi marşrutdan kənarda boğazdan keçməyə çalışan gəmiləri dayandırıb.
SEPAH-ın bu barədə açıqlamasında, təyin olunmuş marşrutdan kənarda, icazəsiz Hörmüz boğazından keçməyə çalışan altı gəminin xəbərdarlıq atəşi ilə dayandırıldığı bildirilir.
Bu arada, ABŞ ordusu da İran limanlarının dəniz blokadasının bir hissəsi olaraq 12 ticarət gəmisinin marşrutlarının dəyişdirildiyini, blokadaya əməl etməyən iki ticarət gəmisinin hərəkətinin məhdudlaşdırıldığını və digər iki ticarət gəmisinə isə desant endirildiyini açıqlayıb.
Tahir TAĞIYEV