17 yaşadək yunan-Roma güləşi üzrə Ermənistanın milli komandası U-17 dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib.
Ermənistan Güləş Federasiyasının yaydğı məlumata görə, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb. Yeniyetmələr arasında dünya çempionatı sabah Bakıda start götürəcək və müxtəlif ölkələrdən yüzlərlə idmançı mübarizə aparacaq.
Qeyd edək ki, 17 yaşadək güləşçilər arasında dünya çempionatı 27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək. Turnirdə müxtəlif ölkələrdən yüzlərlə idmançı iştirak edəcək. Yarış sərbəst və yunan-Roma güləşi kateqoriyalarında keçiriləcək.
Ermənistan komandasının baş məşqçisi Arşak Ayrapetyan, ikincisinin isə baş məşqçisi Qaqik Xaçatryan olacaq.
Tahir TAĞIYEV