İran Avstraliyadakı keçmiş səfiri Məhəmmədhəsən Qədiri Əbyanə "Dideban-e Iran" saytına bildirib ki, ABŞ İrana quru hücumuna hazırlaşır və bu hücum ABŞ Konqresinə seçkilərdən əvvəl, hətta yaxın günlərdə baş verə bilər. Qədiri Əbyanə vurğulayıb ki, bu hücumun məqsədi İran ərazisinin bir hissəsini, o cümlədən adaları, sahil zonalarını və bəzi sərhədyanı bölgələri işğal etməkdir. O əlavə edib ki, ABŞ Konqres seçkilərindən əvvəl hərbi qələbə qazanmaq üçün belə bir addıma ehtiyac duyur, lakin bu hücum "uğursuzluqla nəticələnəcək". Qədiri Əbyanə Vaşinqtonla anlaşmanı "təhəyyül" adlandıraraq bildirib ki, danışıqlar yolu ilə ABŞ ilə razılığa gəlməyin mümkün olduğunu düşünənlər hələ də illüziya içindədirlər.
İRADƏ