Yəməndəki İran dəstəkli Husi üsyançıları qərbi Hudeyda əyalətinə hücumlara görə Səudiyyə Ərəbistanını günahlandırıb və hücumların cəzasız qalmayacağı ilə hədələyib.
Səudiyyənin Hudeyda şəhərində və Qamaran adasında mülki obyektləri hədəf aldığı iddia edilən açıqlamada, hücumların cəzasız qalmayacağı bildirilib: "Blokadalara blokada ilə, limanlara limanlarla və gərginliyə gərginliklər qarşılıq veriləcək".
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəmənin Hudeyda əyalətindəki bəzi Husi hədəflərinə zərbə endirdiyini, lakin Hudeyda limanını hədəf almadığını açıqlayıb.
Tahir TAĞIYEV