Cümə günü, 24 iyul 2026
     

ABŞ da, İran da quru əməliyyatlara hazırlaşır... "200 əsgər İran əsirliyində..."

Image


Yaxın Şərqdəki münaqişənin miqyası böyüməkdə davam edir və öz orbitinə yeni oyunçular cəlb edir. İran-Amerika qarşıdurması və Hörmüz boğazının bağlanması Səudiyyə Ərəbistanına qarşı Husi dəniz blokadası ilə daha da ağırlaşıb.

ABŞ ordusunun İran hədəflərini bombalamasının davam etməsi və Tehranın ABŞ hərbi bazalarına kütləvi zərbələrlə cavab verməsi fonunda Vaşinqtonun İran təmsilçiləri kimi təsvir etdiyi Yəmən husiləri Qırmızı dənizdə neft tankerlərinə hücum edirlər. ABŞ prezidenti Donald Tramp Ağ Evin gələcək husi hücumlarına görə İranı "məsuliyyətli" hesab edəcəyi barədə xəbərdarlıq edib. Bu bəyanat eskalasiyanın yeni bir mərhələsini göstərir: indi husilərin hərəkətləri İrana qarşı əlavə zərbələr üçün bəhanə ola bilər və bu da münaqişəni daha gözlənilməz hala gətirir. Bu arada, Hörmüz körfəzindən keçən gəmilər üçün müharibə riski sığortası tarifləri müharibədən əvvəlki səviyyələrlə müqayisədə on dəfə artıb. Münaqişədən əvvəl risk sığortası gəminin gövdə dəyərinin təxminən 0,25%-ni təşkil edirdi. Hazırda tariflər gövdə dəyərinin 5%-nə çatıb ki, bu da yeni bazar normasıdır və təxminən 1900% artım deməkdir. Bəzi mənbələrə görə, tariflər gövdə dəyərinin 3%-dən 10%-ə qədər dəyişir, digərləri isə 8-10% -ə istinad edirlər. 100 milyon dollarlıq tanker üçün tək səfər üçün sığorta 3-10 milyon dollar arasında dəyişə bilər. Sığorta dərəcələrinin kritik səviyyələrə çatdığı Hörmüz boğazından fərqli olaraq, Bab əl-Məndəbdə sığorta haqları nisbətən aşağı olaraq qalır. Mövcud məlumatlara görə, Bab əl-Məndəbdən keçən gəmilər üçün tariflər gövdə dəyərinin 0,5%-ni təşkil edir, qərbi Səudiyyə sahillərində Qırmızı dənizdəki gəmilər üçün isə bu rəqəm 0,1%-i keçmir. Bab əl-Məndəb boğazı ümumi qlobal ticarətin təxminən 12%-ni, eləcə də qlobal konteyner daşımalarının dörddə birini təşkil edir. 2023-cü ildə boğazdan gündə təxminən 9,3 milyon barel neft nəql edilib. Lakin 2024-cü ilə qədər Husilərin tankerlərə qarşı kampaniyası səbəbindən bu rəqəm 4,1 milyon barelə düşüb. 2026-cı ilin iyun ayında Səudiyyə neftinin Qırmızı dənizdəki terminallardan keçməsi səbəbindən daşıma həcmi gündə 7,4 milyon barelə qədər bərpa olunub.

“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp İrana daha güclü zərbələr vurulması üçün Yaxın Şərqə yeni hərbi heyət, tibb işçiləri, silah və hərbi texnika yerləşdirir. Qeyd olunur ki, son bir həftə ərzində bölgəyə xüsusi əməliyyat qüvvələri, yanacaq daşıyan təyyarələr, Almaniyadakı “Spandalem” Hərbi Hava Qüvvələri Bazasından F-16 qırıcıları, İngiltərədəki “Lakenheath” Hərbi Hava Qüvvələri Bazasından F-35 təyyarələri göndərilib. B-1B strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı başqa bir bazada döyüş əməliyyatları üçün yüksək hazırlıq vəziyyətinə gətrilib. Bundan əlavə, nəşrə danışan mənbələrin verdiyi məlumata görə, son günlərdə Almaniyanın “Landstuhl” Regional Tibb Mərkəzinə 150-dən çox tibb işçisi gəlib. Bu xəstəxana Yaxın Şərqdəki döyüşlərdə yaralanan hərbçilər üçün əsas tibbi yardım müəssisəsidir. İranda iddialar səslənir ki, ABŞ quru əməliyyatlarına hazırlaşdığı üçün ərazidə hərbi imkanlarını artırır. İran parlamentinin üzvü Abbas Papizadə qeyd edir ki, ABŞ-nin nəzərdən keçirdiyi ssenari əvvəlcə Hörmüz boğazına nəzarəti İrandan almaqdır. Onun sözlərinə görə, bundan sonra ölkənin cənubundan, qərbindən və şərqindən quru işğalı başlanacaq və ölkənin, demək olar ki, bütün əyalətlərinə hücum ediləcək. İran parlamentinin üzvü Mənuçehr Mottaki isə qeyd edir ki, amerikalılar quru əməliyyatları ilə bağlı təhdidlər edirlər: “Lakin onlar başa düşməlidirlər ki, bizim də quru əməliyyatları aparmaq qabiliyyətimiz var. İraq, Bəhreyn və ya Küveytdəki ABŞ bazalarından birini ələ keçirmək imkanımız var. Mənim təklifim regiondakı ABŞ bazalarından birinə yerüstü hücum etmək, 100 amerikalı əsir götürmək və onları İrana gətirməkdir. İran ərazisinin hər hansı bir hissəsi, məsələn, Xarq adası ələ keçirilərsə, İranın Amerika bazalarına hücum edərək cavab vermək hüququ var. Təxminən 200 hərbçinin əsir götürülməsi Vaşinqtonu hərbi əməliyyatları davam etdirmək imkanından məhrum edə bilər”.

“Bloomberg” agentliyinin məlumatına əsasən, körfəzin ərəb dövlətləri hesab edirlər ki, Donald Tramp İranın bəzi ərazilərinə quru qoşunları yerləşdirməklə hərbi əməliyyatların miqyasını genişləndirməlidir. Buraya hətta İranın ən vacib neft ixrac mərkəzi olan Xarq adasının ələ keçirilməsi də daxildir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

24.07.2026 / 18:03
Tramp ABŞ-ın 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq etdi - bu, ədalətsizlikdir...

24.07.2026 / 17:47
İran Bəhreyndə “Amazon” məlumat mərkəzini vurdu...

24.07.2026 / 17:31
ABŞ da, İran da quru əməliyyatlara hazırlaşır... "200 əsgər İran əsirliyində..."

24.07.2026 / 17:16
Paşinyan siyasi rəqiblərini sahədə bir-bir dənləyir...

24.07.2026 / 17:08
Ermənipərəst rüşvətxor Menendes getdi, indi də onun davamçısı konqresmen Şerman iş başında - Milli Məclisdən ABŞ Konqresinə etiraz...

24.07.2026 / 16:55
Rusiyanın neft emalı zavodlarına zərbələr ABŞ və Avropaya da təsir etməyə başlayıb...

24.07.2026 / 16:31
“Dollar iynəsindən” xilas olan Rusiya bu dəfə "yuan qarmağına" keçdi

24.07.2026 / 15:53
Paşinyan katolikos Qaregini parlamentə buraxmadı...

24.07.2026 / 15:49
Ermənistanda "fermer inqilabı" gözlənilir...

24.07.2026 / 15:42
Tramp Səudiyyə ilə nüvə sazişini "İsraili tanımaq" tələbindən azad etdi...

24.07.2026 / 15:28
Rusiyanın sıxılmış qazı Afinanın sayəsində 21-ci sanksiyadan yaxasını hələlik qurtardı...

24.07.2026 / 15:13
"Moskva Krımın üzərindən keçəcək" - Zelenskinin yeni planları...

24.07.2026 / 15:02
Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

24.07.2026 / 14:41
Rusiya rəhbərliyindəki korrupsiyaya aid inanılmaz fakt: Dünyanın ilk kosmanavtının paltarının ABŞ-a satılması...

24.07.2026 / 14:10
Ukrayna Rusiyanın daha iki bölgəsində “Wildberries”in anbarlarını bombaladı...

24.07.2026 / 13:52
Rəşad Aslanov Azərbaycanın Türkiyədə səfiri təyin olundu...

24.07.2026 / 13:50
İtaliyadakı səfirimiz geri çağırıldı

24.07.2026 / 13:48
Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi

24.07.2026 / 13:46
Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

24.07.2026 / 13:37
CHP-də ŞOK PARÇALANMA... Özgür Özel 91 deputatla yeni partiya qurur - parlamentdə çoxluğu da ələ keçirdilər...

24.07.2026 / 13:35
Yaxın Şərqdən neftin ixrac marşrutları bir-bir sıradan çıxarılır - dünya fəlakət astanasında...

24.07.2026 / 13:15
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatdı

24.07.2026 / 13:00
Qazaxıstanın Avropaya neft pəncərəsi bağlanır - əsas ümid Azərbaycanadır...

24.07.2026 / 12:20
“Sadə insan kimi tanınsam, daha yaxşıdır” - Taleh Yahyayev

24.07.2026 / 12:15
Montrö Konvensiyasına hücum başladı - Türkiyənin Qara dənizdə hakim mövqeləri hədəfdə...

24.07.2026 / 12:06
İrandan ABŞ-a neft mesajı - bizi yox, bahalı neftlə özlərini cəzalandırdılar...

24.07.2026 / 12:00
BMT-nin baş katibi vəzifəsinə dörd xanım, iki kişi namizəd var

24.07.2026 / 11:39
Dənizin dərinliyində İusos Xriatosun nəhəng heykəlini görün necə təmizlədilər?! - VİDEO

24.07.2026 / 11:24
Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan etdi

24.07.2026 / 11:04
Bakıda dəhşətli qəza - 20-dən çox yaralı var...

24.07.2026 / 10:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

24.07.2026 / 10:17
İran ABŞ-ın atəşkəs təklifini rədd etdi...

24.07.2026 / 09:41
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı

24.07.2026 / 07:04
ABŞ-da Mercedes-Benz satışları qadağan edilə bilər - Çin istehsalı olduğuna görə…

24.07.2026 / 05:28
Səudiyyə şahzadəsinin Londonda müəmmalı ölümü - səbəblər açılır…

24.07.2026 / 05:21
ABŞ-dan İrana 13-cü gecə zərbəsi…

23.07.2026 / 22:31
Venesuelanın 13 milyarddan çox neft gəliri ABŞ-da yoxa çıxdı...

23.07.2026 / 21:55
Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

23.07.2026 / 21:41
Cəbrayılda traktor minaya düşdü, bir nəfər yaralandı...

23.07.2026 / 21:26
Bolqarıstan prezidentinin təşəbbüsü ölkəni İran raketlərinə hədəf edə bilər...

23.07.2026 / 21:09
Şahdağ-Murğuz dağ qurşağının gündoğanı-günbatanı... Tərəkəmə elatının Baş yurd yerləri...

23.07.2026 / 20:42
Əliyevlə görüşdən sonra alman kansler Ermənistanla balans yaradır, ya sülh təşviq edir...

23.07.2026 / 20:26
Qırmızı dənizdə gərginlik... Tramp İrana ultimatum verdi - husilərin cəzasını onlar çəkəcək...

23.07.2026 / 20:12
Salam, xınalı tabut...

23.07.2026 / 19:58
Azərbaycan-Almaniya əlaqələrində konkret təkliflər ortaya gəlib - İşçi qruplar yaradılır...

23.07.2026 / 19:41
Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

23.07.2026 / 19:28
Azərbaycan-Almaniya Biznes Şurası böyük işlər görə bilər...

23.07.2026 / 19:15
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

23.07.2026 / 18:51
ABŞ Ukrayna probleminin həllində daha bir ziddiyyətli mövqe qoydu - müəllif Rubiodur...

23.07.2026 / 18:32
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirildi

23.07.2026 / 18:27
Yay tətili üçün ən əlçatan istiqamətlərdən biri - Türkiyə…

23.07.2026 / 18:00
Trampdan Husilərə təhdid dolu mesaj - “… ağır hərbi cəza veriləcək”

23.07.2026 / 17:46
Hindistanda “tarakanların üsyanı” genişlənir…

23.07.2026 / 17:33
Qara dənizdə Türkiyə yük gəmisi vuruldu – ölən və yaralananlar var…

23.07.2026 / 17:19
Nikaraqua prezidenti müxalifətdən qurtulmağın yolunu tapdı - ölkədə seçkilər keçirilməyəcək

23.07.2026 / 17:15
Rusiyaya qarşı Aİ-nin son 4 ildə ən böyük sanksiya paketi qüvvəyə minir

23.07.2026 / 16:52
ABŞ Fars körfəzində bazalarının vurulmasında “Rusiya izi” axtarır…

23.07.2026 / 16:36
Medvedevin həyat yoldaşı ilə əlaqəli şirkət Ukraynanın hədəfində - Rusiyanın ən böyük ət istehsalçısı ikinci dəfə bombalandı...

23.07.2026 / 16:22
Beyləqanda iki ağır cinayətlə bağlı iş tamamlandı, məhkəmə başlayır...

23.07.2026 / 16:13
Milli Mətbuat Günündə media nümayəndələri təltif olundu

23.07.2026 / 16:04
Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə – “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış”

23.07.2026 / 15:42
Şəhid anasına ehtiram...

23.07.2026 / 15:41
151 il bundan əvvəl alovlanan çırağın nuru

23.07.2026 / 15:38
Astaralı gənc beynəlxalq uğura imza atdı

23.07.2026 / 14:51
Azərbaycan–Almaniya tərəfdaşlığında yeni geosiyasi çalarlar

23.07.2026 / 14:47
Tramp Avropa ilə yeni mübahisəyə başladı - "məcburi əməkdən istifadə edirsiniz"...

23.07.2026 / 14:17
Fransa və Almaniya Rusiya ilə nüvə layihəsini hələ davam etdirir - belə düşmənçilik olur?..

23.07.2026 / 14:11
Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

23.07.2026 / 14:01
ABŞ-İran müharibəsinə bu ölkələrin də qoşulacağı gözlənilir...

23.07.2026 / 14:01
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı

23.07.2026 / 13:45
ABŞ qırıcıları Sistan-Bəlucistanı bombalayır, İran da Körfəz ölkələrini vurur...

23.07.2026 / 13:32
AB Rusiya əleyhinə 21-ci sanksiya paketi ilə bağlı razılığa gəldi...

23.07.2026 / 13:14
Neft Fondunun aktivləri 73 milyard dollara çatır...

23.07.2026 / 12:45
Bakıda avtobusda skuter mübahisəsi - “Baku Bus”dan açıqlama...

23.07.2026 / 12:32
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirir – bölgəyə yeni qüvvə və texnika daşınır...

23.07.2026 / 12:17
Dövlət peşə məktəblərində illik təhsil haqqı 500-2710 manat arasında dəyişir...

23.07.2026 / 11:42
Rus milyarderlər sərvətlərini ölkədən Ermənistanın dəstəyi ilə çıxarır...

23.07.2026 / 11:34
Rusiya İranla ABŞ-a yenidən vasitəçilk təklif etdi...

23.07.2026 / 11:31
Yəmən husiləri Səudların milyonlarla barel neftini boğazdan geri qaytardı...

23.07.2026 / 11:30
Tovuzda iki nəfər 3 kiloqram narkotiklə tutuldu

23.07.2026 / 11:17
Lavrov və Rubio Manilada görüşdü - 35 dəqiqəlik danışıqlarda nələr müzakirə edildi...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ