Xəzər dənizində İran ticarət gəmisinə hücumdan Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edilir ki, ukraynalı diplomatı İran XİN-də xarici işlər nazirinin köməkçisi və Avrasiya Departamentinin baş direktoru Mənuçehr Moradiyə qəbul edib.
"Pars Today" qəzetinin məlumatına görə, İran Xarici İşlər Nazirliyi bildirib ki, "İranın bu düşmən hərəkətlə bağlı sərt etirazı ona çatdırılıb. Həmçinin vurğulanıb ki, İran İslam Respublikası öz təhlükəsizliyini və milli maraqlarını qətiyyətlə müdafiə edir və vətəndaşlarının həyatına və əmlakına edilən hücumların cavabsız qalmasına imkan verməyəcək".
Tahir TAĞIYEV