Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynadakı münaqişənin siyasi həllinə üstünlük verir, lakin istənilən halda məqsədunə çatacaq.
"Daha dərindən fikir versəniz, Makron açıq şəkildə bildirib ki, artıq Ankoric yoxdur, "Amerika yenidən bizimlədir" anlayışı yoxdur. Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Sibiqa isə "Ankoric razılaşmalarını basdırdıq" deyib.
"Əgər bunlar amerikalıların paylaşdığı qiymətləndirmələrdirsə, onda biz nə edə bilərik? Əlbəttə ki, biz dəfələrlə siyasi və diplomatik həllə üstünlük verdiyimizi bildirmişik, amma istənilən halda məqsədlərimizə çatacağıq", - deyə o vurğulayıb.
SAMİRƏ