Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
Bu barədə KİV-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib
Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Məlumata görə, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında Gürcüstanda kütləvi elektrik kəsintisi baş verib. Gürcü mediasının məlumatına görə, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Kəsintilər nəticəsində Tbilisi metrosunun və dəmir yollarının fəaliyyətində problem yaranıb. Bundan başqa su nasoslarının fəaliyyəti də dayanıb.
ZÜMRÜD