Avropa müdafiə və enerji şirkətləri Rusiya qazından tamamilə imtina etdikdən sonra ABŞ-dən həddindən artıq asılı vəziyyətə düşməkdən narahatdırlar.
“The New York Times” qəzetinin məlumatına görə, ABŞ və Avropa arasında münasibətlər Donald Tramp administrasiyasının tarif siyasəti, Qrenlandiya ilə bağlı açıqlamaları və İran məsələsinə yanaşması fonunda gərginləşib.
Qəzet yazır ki, bu şəraitdə Avropa şirkətləri Rusiya qazından tam imtinanın Vaşinqtona qitənin enerji siyasətinə daha böyük təsir imkanı verə biləcəyindən ehtiyat edirlər.
Daha əvvəl “Bloomberg” agentliyi Avropanın qaz ehtiyatlarının bərpasının ləng getməsi səbəbindən qarşıdakı qış mövsümündə çətinliklərlə üzləşə biləcəyini yazmışdı.
ZÜMRÜD