Ermənistan Rusiya bazarını itirərsə, pendir ixracından əldə etdiyi gəlirin 80 faizdən çoxunu itirəcək.
Qeyd edək ki, bir müddət əvvəl "Rosselxoznadzor" Ermənistandan Rusiyaya bütün süd məhsullarının tədarükünü müvəqqəti olaraq məhdudlaşdıracağını açıqlayıb.
RİA Novosti xəbər verir ki, 2025-ci ilin sonuna qədər Ermənistanın qlobal bazarlara pendir ixracından əldə etdiyi gəlir 16,4 milyon dollar təşkil edib. Bunun 13,5 milyon dolları Rusiyaya ixracdan əldə edilib. Beləliklə, Rusiya bazarı Ermənistanın pendir ixracından əldə etdiyi gəlirin 83 faizini təşkil edib.
Rusiya təkcə Ermənistandan ən böyük pendir alıcısı deyil, həm də hər ay milyonlarla dollar dəyərində Ermənistan pendiri idxal edən yeganə ölkədir.
2025-ci ildə Ermənistan pendirinin digər əsas alıcıları ABŞ (1,8 milyon dollar) və Gürcüstan (670,9 min dollar) olub.
Tahir TAĞIYEV