Gədəbəydə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Gədəbəy rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan, eyni zamanda ictimai narazılığa səbəb olan sürücülər müəyyən ediliblər.
Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib.
ZÜMRÜD