ABŞ prezidenti Donald Tramp növbəti seçkilərdə "yenidən prezidentliyə namizəd olacağını" açıqlayıb. Vaşinqtondakı Waldorf Astoria otelində keçirilən bir tədbirdə çıxış edən Tramp üzərində "TRUMP 2028" yazısı olan papaq da taxıb.
"Mən dördüncü dəfə ABŞ prezidentliyinə namizəd olmaq niyyətindəyəm. Rəsmi addım atacağam. Əslində, düşünürəm ki, bunu artıq etmişəm; üç dəfə qalib gəlmişəm və indi də bunu yenidən edəcəyəm" – deyə Tramp bildirib.
Tramp çıxışında yenidən prezidentliyə namizədliyini irəli sürməyin və yarışda qalib gəlməyin onun üçün "asan" olacağını bildirib: "Mən bu biznesi idarə etməkdə çox yaxşıyam".
Jurnalistlərlə dolu otaq Trampın açıqlamasından sonra bir anlıq sükuta qərq olub.
Tramp 5 may 2025-ci il tarixli açıqlamasında səkkiz ildən sonra prezidentlik vəzifəsini təhvil verəcəyini bildirmişdi. Tramp, əgər üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə verilərsə, keçmiş ABŞ prezidenti Barak Obamanı rəqib kimi görmək "çox istədiyini" bildirmişdi.
ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişdə deyilir ki, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Digər tərəfdən, bu qayda həm Nümayəndələr Palatasının, həm də ABŞ Konqresinin üçdə ikisinin və ya ştat qanunvericilik orqanlarının üçdə ikisinin dəstəyi ilə dəyişdirilə bilər.
Tahir TAĞIYEV