Avropa İttifaqı Gürcüstanda yeganə olan Kulevi Neft Emalı Zavodunu Rusiya xam neftinin emalına görə Rusiyaya qarşı sanksiyaların 21-ci raunduna daxil edib.
2026-cı ilin ilk altı ayında 650.000 tondan çox xam neft emal edən zavodla əməliyyatlara qadağa qoyulmasını əhatə edən məhdudiyyətlər, zavod Rusiya xam nefti ilə fəaliyyətini dayandırmasa, altı ay ərzində qüvvəyə minəcək. Aİ-nin Sanksiyalar üzrə Xüsusi Elçisi Devid O'Sullivan Tbilisinin Rusiya xam neftinin idxalına qoyulan qadağaya və Gürcüstan limanlarına tankerlərin girişinə qoyulan məhdudiyyətlərə riayət etmək öhdəliyini vurğulayıb. Bundan sonra Gürcüstan hakimiyyəti Kulevi limanını Rusiya gəmiləri üçün tamamilə bağlamağa və neftin təkrar ixracını dayandırmağa söz verib.
İyulun əvvəlində Kulevi neft emalı zavodunu idarə edən Black Sea Petroleum (BSP) rəhbərliyi 2026-cı ilin avqust-sentyabr aylarında Rusiya neftinin alınmasını dayandıracağını açıqlayıb və bunu "xammalın şaxələndirilməsinə" doğru addım adlandırıb.
BSP-nin baş direktoru David Potsxveriya bildirib ki, şirkət Kulevi neft emalı zavodunu Türkmənistan və Qazaxıstan xam nefti ilə yanaşı, "digər alternativ mənbələrdən" neftlə təchiz etməyə başlayacaq və "mövcud Rusiya tədarükünü tamamilə əvəz etmək" niyyətindədir.
SAMİRƏ