Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkə ərazisində elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir və bu araşdırılmalıdır.
Onun sözlərinə görə, baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir: “Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxarılmalıdır”.
Bu arada, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında ölkə ərazisində baş verən kütləvi elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi üzrə araşdırmaya başlayıb.
Bildirilir ki, ölkədə irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb.
ZÜMRÜD