ABŞ prezidenti Donald Tramp Amerika ordusunun İrana qarşı hərbi əməliyyatlara həftələr ərzində son qoyacağını gözləyirdi, lakin Vaşinqton uzun müddət davam edən və sonu görünməyən münaqişə risqi ilə üzləşir.
“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, Tramp hadisələrin gedişatından qıcıqlanıb. Onun müşavirləri isə müharibənin qiymətlərin artmasına, prezidentin reytinqinin aşağı düşməsinə və aralıq Konqres seçkiləri öncəsi Respublikaçılar Partiyasının mövqeyinə mənfi təsir göstərəcəyindən qorxurlar.
Qəzet yazır ki, Amerika lideri diplomatik həll yoluna olan ümidini getdikcə itirir və mənbələrə görə, məhz buna görə, Tehrana qarşı daha sərt mövqe tutub. Bununla belə, ABŞ-ın xüsusi elçisi Stiv Uittkov və Cared Kuşner İranla razılığa gəlməyin mümkün olduğuna inanırlar.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Müvəqqəti atəşkəs razılaşmasından sonra Vaşinqton iyul ayında Tehranı Hörmüz boğazında razılaşmaları pozmaqda ittiham edərək hücumları bərpa edib.
Tahir TAĞIYEV