Səudiyyə Ərəbistanı Yəmənin Hudeyda əyalətindəki Kamaran adasına və telekommunikasiya qurğularına zərbələr endirib. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib .
Kamaran adası strateji əhəmiyyətə malikdir, çünki o, keçmişdə Səudiyyə Ərəbistanının neft tankerlərinə hücumların edildiyi əsas gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazının yaxınlığında yerləşir.
Husilər isə Səudiyyənin Aramco neft obyektlərinə hücum edib. Hücumdan sonra Səudiyyənin Cəzan və Yanbu hava limanlarında uçuşlar dayandırılıb.
Bəzi təyyarələr ölkənin cənubundakı hava limanlarına enə bilmədiyindən marşrutu dəyişdirilib.
Tahir TAĞIYEV