ABŞ administrasiyası İranın ən varlı adamlarından biri hesab edilən tanınmış sahibkar və maliyyəçi Babək Zəncaninin "şəbəkəsində" olduğu iddia edilən dörd şəxsə və doqquz quruma qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin açıqladığı məlumata görə, Tacikistan vətəndaşı da bu məhdudiyyətlərə məruz qalır. Siyahıdakı digər şəxslər arasında bir iranlı, Dubayda yaşayan Hollandiya vətəndaşı və bir BƏƏ vətəndaşı var. Qara siyahıya salınan doqquz şirkət İran, BƏƏ və Türkiyədə yerləşir.
Praktikada ABŞ hökumətinin hərəkətləri o deməkdir ki, ABŞ yurisdiksiyasında aşkar edilərsə, bu şəxslərin və şirkətlərin aktivləri dondurulacaq. Bundan əlavə, Amerika vətəndaşlarına artıq əlaqəli şəxslərlə hər hansı bir iş əməliyyatı aparmaq qadağandır və qara siyahıya daxil olan şəxslərin ABŞ-a giriş sorğusu rədd ediləcək.
SAMİRƏ