İranlılar ABŞ-ın mümkün quru işğalına qarşı silahlanaraq sahilə axın edirlər. Tehran hökuməti Hormozqan əyalətinin Cask şəhərindəki sahildə patrul xidməti aparan silahlı mülki şəxslərin görüntülərini paylaşıb.
“ABŞ-ın mümkün quru işğalını gözləyən silahlı vətəndaşlar çiyinlərində uzun lüləli tüfənglərlə çimərlikdə patrul xidməti aparırlar" – deyə İran dövlət televiziyasının mövzu ilə bağlı reportajında bildirilib.
Hörmüzqan əyalətinin Cask şəhəri 8 iyuldan bəri ABŞ tərəfindən tez-tez hədəfə alınır. ABŞ xüsusilə şəhərdə yerləşən limanları hədəf alır.
Tahir TAĞIYEV