çərşənbə günü, 07 oktyabr 2026
     

28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs - YUNUS OĞUZ yazır

Image


Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Bu yazının çox hissəsi 27 sentyabr və 12 iyul 2020-ci il hadisələrindən öncə yazılıb. Ancaq bu iki tarix Azərbaycan xalqının və dövlətinin taleyinə birbaşa təsir etdiyindən üstündən sükutla keçmək, yazmamaq mümkünsüz idi.

Öncə iyul hadisələrinə toxunaq. Nəzərə alaq ki, hələlik ermənilər yalnız Azərbaycan və Türkiyə torpaqlarına ərazi iddiası edirlər. Amma çox keçməz, xəstə təxəyyüllü bu xalq Rusiya və Gürcüstana da torpaq iddiası irəli sürəcək və bunun işartıları özünü göstərməkdədir, yəni demək istəyirəm ki, hətta Ermənistanla sərhədlər açılsa, ticari əlaqələrimiz yaradılsa belə ehtiyatı əldən vermək olmaz. Daima iqtisadi və müdafiə gücümüzü artırmalı və inkişaf etdirməliyik. Şükürlər olsun ki, indi güclü dövlətimiz var və erməni məkrinin, hiyləsinin qarşısını almaq iqtidarındayıq.

İyulda baş verən Tovuz döyüşü bir növ 44 günlük Vətən müharibəsi üçün "məşq" idi. Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin nəbzini və hazırlığını yoxlamaq istəyirdi. Yadınızdadırsa, Tovuz döyüşündən öncə Ermənistanın müdafiə naziri Tonoyan ortaya belə bir tezis atmışdı: "Yeni müharibə, yeni ərazilər". Ermənistan bir tərəfdən özünə uyğun müharibə etmək istəyir, (uğurlu olardısa Dağlıq Qarabağın statusunu birdəfəlik həll etsin) digər tərəfdən sərhəddən on beş kilometr aralıdan keçən strateji boru kəmərlərinə nəzarət etmək fikrində idi. Üçüncü tərəfdən isə Qarabağdan kənarda döyüş əməliyyatına başlaması Ermənistanın yeni baş naziri N.Paşinyanın düşüncəsinə görə, müharibəyə Rusiyanı da cəlb edə biləcək və bununla da regionda böyük müharibə alovlanacaq,ermənilər yenə də əvvəlki kimi "bulanıq suda balıq tuta biləcəklər".

Amma, tam tərsinə oldu. Qısamüddətli lokal Tovuz döyüşü Ali Baş Komandan İlham Əliyevə imkan verdi ki, əhalinin müharibə ilə bağlı əhval-ruhiyyəsini öyrənsin. Bu özünü çox gözlətmədi. İyulun 14-dən 15-nə keçən gecə heç kim çağırış etmədən yüz minlərlə, əsasən gənc insanlar Milli Məclisin önünə toplaşdılar. Bu kortəbii toplantıda bir tələb vardı: "Torpaqların geri qaytarılması təmin edilsin". Səhəri gün isə hərbi komissarlıqlarda müharibəyə getmək üçün əlli min gənc özlərini qeydə aldırdılar. Tovuz döyüşü Azərbaycan əhalisində tam əminlik yaratdı ki, ermənilərin arxasında kimin durmasından asılı olmayaraq qələbə qazanılacaq və bu istək çox güclüdür. Azərbaycan ordusu sərhədləri pozmadan və üçüncü tərəfi bu döyüşə cəlb etmədən uğurlu əməliyyatlar apardı. Düzdür, xəyanət nəticəsində bir generalımız Polad Həşimov Şəhid olsa da, bu Şəhidlik qisas hissini daha da gücləndirdi.

Digər tərəfdən ermənilər və onların başçıları Qarabağa gələrək xalqı qıcıqlandıracaq hərəkətlər edirdilər. Gah Paşinyan Şuşaya gəlib Cıdır düzündə "Yallı" gedir, gah deyirdi ki, Qarabağ parlamentini Şuşaya köçürəcəm, gah da onun həyat yoldaşı Anna Akopyan əlinə avtomat alıb guya burada təlim keçir, gah da bildirirdi ki, Azərbaycan bayrağı Qarabağda o zaman dalğalana bilər ki, Azərbaycan "Arsax" respublikasını tanısın. Bir sözlə xalqın heyssiyatı ilə oynayırdılar. Təsadüfi deyildi ki, mətbuat və sosial şəbəkə Ali Baş Komandana çağırışlar edirdi ki, "Vur komandir, vur!" Bununla yanaşı təmac xəttində bir gün də olsun atəşkəs kəsilməmişdi. Hər gün erməni tərəfi bizim tərəfi atəşə tutur, cavab atəşi aldıqdan sonra susurdular. Hələ mən bizim tərəfə göndərdikləri diversant qruplarından yazmıram. Hətta, avqust ayında diversantların komandiri əsir də düşdü. Nəhayət, erməni tərəfi müharibənin başlanması üçün əsas verdi. Belə ki, Füzuli və Tərtər tərəfdən dinc əhalinin evlərinin və təsərrüfatlarının bombalanması Azərbaycan ordusunun səbr kasasını daşdırdı. 2020-ci il 27 sentyabrda, nəhayət ordumuz "Dəmir yumruq" adlı əks-hücum əməliyyatına, bununla da Vətən müharibəsinə başladı.

Bütün beynəlxalq aləm 1994-cü ildən üzü bəri aparıcı dövlətlər, ATƏT-in Minsk Qrupu daima iddia edirdilər ki,  münaqişənin sülh variantından başqa həlli yolu yoxdur. Lakin Azərbaycan ordusu sübut etdi ki, münaqişənin həll edilməsi üçün müharibə variantı da mövcuddur və Azərbaycan tərəfi bunu çox uğurla həyata keçirdi.

Bəlkə də Paşinyan müharibənin başlanması üçün təxribatlara rəvac verməklə strateji fikirləşirdi ki, əgər savaş başlasa Qarabağ problemini Ermənistanın xeyrinə həll ediləcək. Buna səbəblər də vardı.

Birincisi, Paşinyanın generalları onu yüzdəyüz inandırmışdılar ki, Ohonyan istehkamlarını almaq və keçmək mümkün deyil. İkincisi, Rusiya Ermənistana, Ermənistan da Qarabağa o qədər silah göndərmişdi ki, sayı-hesabı bilinmirdi. Ermənilər məğlub olmaq haqqında hətta düşünmürdülər də. Məqsəd isə başqa idi. Ssenari belə qurulmuşdu. Azərbaycan tərəfi hücum edir, on milyonlarla dolların hesabına qurulan və tikilən istehkamların, tunnellərin, sədlərin qarşısında böyük itkilər verir. On minlərlə əsgərin cənazələri geri qaytarılanda xalq içində narazılıq yaranır, etirazlar və mitinqlər başlayır, prezidentin hakimiyyətdən getməsi an məsələsinə çevrilir. Erməni ordusu isə 90-cı illərdə olduğu kimi yeni ərazilər işğal edir və şərt qoyur: "Ya Arsaxı tanı, ya da yeni əraziləri işğal edəcəyik və qaçqınlar üstünə yeriyəcək".

Yeri gəlmişkən ötən iyirmi səkkiz ildə təmas xəttinin monitorinqini aparan Minsk Qrupunun üzvləri, həmsədrləri dəfələrlə Qarabağda olublar. Məgər onlar görmürdülər ki, istehkamlar və sədlər tikilir? Əlbəttə görürdülər. Bax, Avropanın ikili standartı budur. Bizim başımızın altına yastıq qoyub deyirdilər ki, danışıqlar gedir. Əvvəlcə beş rayon, daha sonra isə iki rayon qaytaracaqlar. Erməni tərəfinə isə deyirdilər ki, işinizi görün. Daha bir neçə il keçər, gənc nəsil Qarabağı unudar. Deyim ki, hətta Azərbaycan tərəfi Qarabağın statusunu tanısaydı belə, ermənilər yeddi rayonu verməyəcəkdilər, çünki bu yerlərə milyard dollardan artıq yatrım qoymuşdular və hər il milyonlarla gəlir əldə edirdilər. Əsas status məsələsini həll etmək lazım idi.

Azərbaycan tərəfi isə birmənalı şəkildə status məsələsini yaxına buraxmır, bununla yanaşı özünün iqtisadi və hərbi potensialını daha dagücləndirirdi.

Bir məsələni on ildən coxdur qeyd edirəm. Bunu istər televiziyalarda, istərsə də yazılı mətbuatda demişəm ki, Qarabağda uğurlu müharibə aparmaq üçün dörd vacib komponentin VƏHDƏTi lazımdır. Bunlar aşağıdakılardır:

1.Dayanıqlı və davamlı iqtisadi potensialımızın daima güclənməsi;

2.Ordumuzun ən müasir meyarlara cavab verməsi və silahlarla təhciz olunması;

3.Uğurlu və davamlı olaraq xarici siyasətin aparılması;

4.Daxildə vətəndaş həmrəyliyinə nail olmaq və Xalq-Ordu birliyini yaratmaq.

Ardı  var



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ