İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə İranın Pikaks Dağındakı nüvə obyekti haqqında məlumat verəcək.
Bu obyektin nüvə materiallarını və sentrifuqaları gizlətmək üçün istifadə edildiyi iddia edilir. "İsrail Baş naziri Benyamin Netanyahudan İranın sirli Pikaks dağındakı nüvə obyektlərini genişləndirdiyi və rejimin sülh danışıqlarını davam etdirmək istəyi barədə yalan danışdığı barədə kəşfiyyat məlumatları verməsi gözlənilir", - deyə Qüdsdəki mənbə New York Post (NYP) qəzetinə bildirib.
"Wall Street Journal" qəzetinin məlumatına görə, İsrail kəşfiyyatı ilk dəfə olaraq gizli bazaya sentrifuqaların gəlişini aşkar edib. Bu qapalı kompleks Nətənz nüvə obyektindən uzaq olmayan, yerin 90 metrdən çox dərinliyində yerləşir. Orada əvvəllər belə bir fəaliyyət əlamətləri olmayıb.
SAMİRƏ