ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri İraqda İran tərəfindən dəstəklənən terrorçu hədəflərinə zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.
"Mərkəzi Komandanlıq və Səudiyyə Ərəbistanı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etmək üçün yerləşdirilən İran tərəfindən dəstəklənən terrorçulara dəqiq zərbələr endirib"- açıqlamada bildirilir.
Komandanlıq qeyd edib ki, "ABŞ və Səudiyyə Ərəbistanı qırıcı təyyarələri son 72 saat ərzində İİKK-nın 30-dan çox pilotsuz təyyarə hücumuna qəti cavab olaraq İraqın şərqindəki bir çox terrorçu logistika və silah obyektlərinə zərbələr endirib". Eyni zamanda bildirilir ki, Amerika qoşunlarına qarşı hücumlar uğursuz olub. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi çərşənbə axşamı ölkənin hava hücumundan müdafiə qüvvələrinin İraq ərazisindən buraxılan bir neçə pilotsuz təyyarəni ələ keçirdiyini və məhv etdiyini bildirib. Nazirliyin məlumatına görə, PUA-lar krallığın Şərq əyalətindəki neft obyektlərini hədəfə almışdı.
SAMİRƏ