Cümə günü, 06 noyabr 2026
     

Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

Image


Aytən Səfərəliyeva: “Beynəlxalq sertifikat proqramları peşə təhsilində qlobal inteqrasiyanı gücləndirir”

Əpoş Vəliyev: “4-5 min manat illik ödəniş artıq kifayət qədər ciddi məbləğdir və bəzi ali məktəblərin təhsil haqqını belə üstələyir”

Son illər peşə təhsilinə marağın artığını müşahidə edirik. Bir tərəfdən orta ümumtəhsil məktəblərində aparılan təbliğat, digər tərəfdən peşə təhsilinin gələcəyi ilə bağlı səsləndirilən pozitiv fikirlər gənclərin peşə təhsili müəssisələrinə axın etməsinə səbəb olur.

Əvvəlki dövrlərdə belə bir tendensiya mövcud idi ki, peşə təhsili alan gənclərə təqaüd verilirdi, valideyn isə təhsil haqqı ödəmirdi. Amma bir neçə tədris ilidir ki, peşə təhsili də ödənişli edilib.

Peşə təhsili müəssisələrində bəzi ixtisaslar var ki, onların təhsil haqqı olduqca yüksəkdir, 2500, 3500, 4500 və ya 5 min manatdır.

Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun sözlərinə görə, buna səbəb həmin ixtisasları bitirənlərə beynəlxalq sertifikatların verilməsi, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin prosesdə ekspertlərin iştirakı ilə bağlıdır.

Təhsil haqqı yüksək olan, beynəlxalq sertifikat verən ixtisaslar içərisində Dizayn, Kibertəhlükəsizlik, Elektrik qaz qaynağı kimi fərqli sahələr var.

Peşə təhsil müəssisələrində qiymət artımı validyenləri də ciddi narahat edir. Onlar hesab edirlər ki, təhsil haqqının baha olması övladlarının gələcəkdə peşə təhsili müəssisələrinə göndərmələrinə mane ola bilər.

Belə qiymətə də peşə məktəbi olar?

Təbii ki, buna bir qədər konkret izah lazımdır. 5 min manat illik haqqı olan peşə məktəblərində nə öyrədəcəklər? Qeyd olunur ki, xaricdən müəllim cəlb olunacaq. Bəs bu müəllimlər əsasən haradan gələcəklər? Niyə xarici müəllimlər cəlb olunur, bəyəm Azərbaycanda peşə təhsili, yaxud sənət, peşə üzrə mütəxəssislər yoxdur? Yaxud beynəlxalq sertifikata xarici ölkələrdə nə dərəcədə tələbat var? Gəncləri burada oxudun sonra onları xaricə göndərməkdə Azərbaycan dövlətinin marağı nədir? Biz onları oxuduruq ki, özümüzə xidmət etsinlər, beynəlxalq sertifikatla xaricdə işləyəcəksə bunun Azərbaycan dövlətinə nə faydası olacaq?

Peşə təhsilinin illik təhsil haqqlarına keçməzdən əvvəl qeyd edək ki, bu

hətta bəzi ali məktəblərin illik təhsil haqqından da bahadır.

Bu yöndə apardığımız araşdırmadan məlum oldu ki, 2026/2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində illik təhsil haqları ixtisasdan və universitetdən asılı olaraq 1 300 manatla 8 000 manat arasında dəyişir.

Ötən tədris ili ilə müqayisədə bir sıra universitetlərdə 100–500 manat arası qiymət artımı müşahidə olunsa da, bəzi ixtisaslarda (məsələn, Tibb Universitetində) müəyyən endirimlər də edilib.Universitetlər və ixtisaslar üzrə əsas qiymət göstəriciləri aşağıdakı kimidir:

Ən yüksək təhsil haqları (bahalı ixtisaslar)ADA Universiteti: Maliyyə (ingiliscə) və Hüquqşünaslıq ixtisasları 8 000 AZN, digər ixtisaslar isə 6 000 AZN.

Bakı Dövlət Universiteti (BDU): Hüquqşünaslıq ixtisası (əyani və ingilis dilli proqramlar) 4 800 AZN.

Azərbaycan Tibb Universiteti (ATU):

Müxtəlif tibb ixtisasları üzrə qiymətlər 4 500 – 5 000 AZN aralığındadır (ötən illə müqayisədə Əczaçılıq və Fizioterapiya kimi ixtisaslarda qiymət 500 AZN aşağı salınaraq 4 500 AZN-ə endirilib).Xəzər Universiteti: İxtisasdan asılı olaraq 4 500 – 5 500 AZN.

Bakı Ali Neft Məktəbi (BANM): Bir sıra ixtisaslar (məsələn, Biznesin idarə edilməsi, Maliyyə) 4 500 AZN.Orta və minimum təhsil haqları (Ucuz ixtisaslar)Ən aşağı qiymətlər:

Gəncə Dövlət Universitetinin "Kimya mühəndisliyi" və "Maşın mühəndisliyi" ixtisaslarında illik ödəniş 1 300 AZN təşkil edir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU): Əsas korpusda əksər III qrup ixtisasları (Müəllimliklər, Filologiya, Sosial iş) 2 400 AZN, region filiallarında isə 2 100 AZN-dir.

UNEC (Zaqatala filialı): Marketinq, Menecment, Dövlət və bələdiyyə idarəetməsi kimi ixtisaslar ən aşağı ödənişli proqramlar sırasındadır.Azərbaycan İdman Akademiyası: Bu il qiymətlər artaraq 2 500 – 3 000 AZN diapazonuna yüksəlib.

Qeyd olunur ki, peşə məktəblərində bəzi ixtisaslar üzrə təhsil haqqının yüksək olması (2500–6500 AZN arasında dəyişməsi) həmin proqramların məzmunu, tədris xərcləri və tərəfdaş qurumların xidmətləri ilə əlaqədardır.

Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmilərinin açıqlamalarına əsasən, qiymətlərin formalaşmasının əsas səbəbləri bunlardır:

Beynəlxalq sertifikatlar:

Məzunlara yerli diplomlarla yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatların verilməsi.

Özəl tərəfdaşlıqlar:

Proqramların bir sıra ixtisaslar üzrə (məsələn, İT, dizayn və s.) qabaqcıl tədris mərkəzləri və ya şirkətlərlə (məsələn, Code Academy) birlikdə həyata keçirilməsi.Peşəkar kadr və ekspertlər: Tədrisə yüksək ixtisaslı mütəxəssislərin, xarici və yerli ekspertlərin cəlb edilməsi, həmçinin onlara ödənilən yüksək əməkhaqları.

Maddi-texniki baza və xərclər:

Müasir dərsliklər, texniki avadanlıqlar və hər bir ixtisasın tələb etdiyi xüsusi laboratoriya və ya servis xərcləri.

Qeyd edək ki, ənənəvi ilk peşə təhsili proqramları üzrə illik təhsil haqqı daha aşağı (500–800 AZN) olmaqla qalsa da, əmək bazarında qısa müddətdə yüksək rəqabət qabiliyyəti və xüsusi bacarıqlar tələb edən sertifikat proqramlarında qiymətlər bu səbəbdən fərqlidir.

İctimaiyyəti və valideynləri narahat edən sullara cavab almaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdik. Eyni zamanda da ekspert rəyi də öyrəndik.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektor müdiri Aytən Səfərəliyeva baki-xeber.com-a bildirdi ki, müasir əmək bazarında yalnız nəzəri biliklər deyil, beynəlxalq standartlara uyğun praktiki bacarıqlar da xüsusi əhəmiyyət daşıyır. “Bu baxımdan peşə təhsilində beynəlxalq sertifikat proqramlarının tətbiqi məzunların rəqabətqabiliyyətliliyinin artırılması və onların həm yerli, həm də beynəlxalq əmək bazarına hazırlığının gücləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən beynəlxalq sertifikat proqramları çərçivəsində tələbələr təhsil müddətində seçdikləri ixtisas üzrə praktiki bilik və bacarıqlarla yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatlar əldə etmək imkanı qazanırlar. Bu yanaşma peşə təhsilinin qlobal sənaye və əmək bazarı standartlarına daha sıx inteqrasiyasına xidmət edir”.

A.Səfərəliyeva qeyd etdi ki, hazırda müxtəlif istiqamətləri əhatə edən proqramlar informasiya texnologiyaları, kibertəhlükəsizlik, interyer dizaynı, mühasibat uçotu, aşpazlıq və qaynaqçılıq kimi sahələr üzrə həyata keçirilir. “Proqramlar dövlət peşə təhsil müəssisələri ilə ixtisaslaşmış yerli və beynəlxalq tərəfdaşların əməkdaşlığı əsasında reallaşdırılır.

Bu modelin əsas üstünlüklərindən biri tələbələrin həm dövlət nümunəli diplom, həm də əlavə olaraq beynəlxalq sertifikat əldə etməsidir. Beləliklə, məzunun peşə üzrə əldə etdiyi bacarıqlar yalnız təhsil müəssisəsinin verdiyi sənədlə deyil, eyni zamanda müvafiq sahə üzrə tanınan sertifikatlarla da təsdiqlənir.

Beynəlxalq sertifikat proqramları tələbələrin iş mühitinə daha hazırlıqlı şəkildə daxil olmasına, müasir texnologiya və istehsal standartlarını mənimsəməsinə, eləcə də işəgötürənlərin tələblərinə daha çevik uyğunlaşmasına imkan yaradır. Xüsusilə texnologiya, dizayn, maliyyə və sənaye kimi sürətlə inkişaf edən sahələrdə bu cür əlavə sertifikatlar məzunların peşəkar imkanlarını genişləndirir.

Peşə təhsili sistemi çərçivəsində bu proqramların həyata keçirilməsi tələbələrə həmin sertifikatın tələb etdiyi bilik və bacarıqları sistemli şəkildə, təhsil prosesi boyunca mənimsəmək imkanı verir. Bu isə beynəlxalq standartların tədris prosesinə inteqrasiyasını və praktiki hazırlığın gücləndirilməsini təmin edir.

Ümumilikdə, beynəlxalq sertifikat proqramlarının genişləndirilməsi Azərbaycanda peşə təhsilinin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması, məzunların rəqabətqabiliyyətliliyinin artırılması və onların qlobal əmək bazarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm istiqamətlərdən biridir”.

Filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Əpoş Vəliyev baki-xeber.com-a bildirdi ki, peşə müəssisələrində təhsil haqqı baha olmamalıdır. “Məncə, burada əsas məsələ təhsil haqqının yüksək olmasından daha çox, həmin məbləğin qarşılığında tələbəyə konkret olaraq nə verildiyinin aydın izah edilməsidir. 4-5 min manat illik ödəniş artıq kifayət qədər ciddi məbləğdir və bəzi ali məktəblərin təhsil haqqını belə üstələyir.

Əgər bu proqramlarda beynəlxalq sertifikat, xarici mütəxəssislər, müasir avadanlıqlar və xüsusi tədris metodları tətbiq olunacaqsa, bunların hər biri konkretləşdirilməlidir. Xarici müəllimlər hansı ölkələrdən gələcək, hansı sahələr üzrə dərs deyəcəklər və Azərbaycanda bu işi görə biləcək mütəxəssislər niyə kifayət etmir, bunlara aydınlıq gətirilməlidir”.

Ə.Vəliyev qeyd etdi ki, digər tərəfdən isə beynəlxalq sertifikatın verilməsi özü-özlüyündə məqsəd olmamalıdır. “Əsas məsələ məzunun bu bilik və sertifikatla Azərbaycanda nə qədər rəqabət qabiliyyətli iş tapa bilməsidir. Gəncləri yüksək vəsait hesabına hazırlayıb sonra onların xarici əmək bazarına getməsini stimullaşdırırıqsa, bunun ölkənin iqtisadiyyatına faydası ayrıca sualdır.

Peşə təhsilinin keyfiyyətli və beynəlxalq standartlara uyğun olması müsbət haldır. Amma 5 min manatlıq təhsilin üstünlüyü kağız üzərində deyil, məzunun əldə etdiyi real bacarıq, sertifikatın beynəlxalq tanınması və məzun olduqdan sonra qazandığı əməkhaqqı ilə ölçülməlidir. Aidiyyəti qurumlar da məhz bu suallara konkret cavab verməlidir.

Günü gündən təhsili lap da bahalaşdırırlar. Peşə məktəbi o qədər baha olmamalıdır”-deyə Ə.Vəliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ