Nigerin paytaxtı Niameydə hərbi üsyan və zorakılıq başlayıb. Rusiyanın Nigerdəki səfiri Viktor Voropayev Niger ordusunun üsyanı yatırmaq üçün Rusiyadan kömək istədiyini açıqlayıb.
TASS-a danışan Voropayev bildirib ki, Nigeriya ordusu Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusundan Diori Hamani Beynəlxalq Hava Limanının yanında yerləşən 101 nömrəli Hava Bazası Komandanlığındakı üsyançı əsgərləri zərərsizləşdirmək üçün kömək istəyib.
Voropayev Tillaberi və Dosso bölgələrindən olan gənc zabitlərin üsyan cəhdində iştirak etdiyini bildirərək, bu əsgərlərin "kənardan idarə olunduğunu" irəli sürdü.
Nigerin müdafiə naziri Salifou Modi bildirib ki, 28-29 avqust gecəsi bir qrup əsgər Niameydəki 101 nömrəli hava bazasındakı kazarmada bəzi yoldaşlarını əsir saxlamağa cəhd edib və paytaxtdakı strateji yerlərə atəş açıb. Modi təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə vəziyyətin nəzarət altına alındığını və hədəf alınan yerlərdə nəzarətin tədricən bərpa olunduğunu bildirib.
Nigeriya hakimiyyəti üsyanın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildirsə də, bəzi mənbələr, xüsusən də 101 saylı hava bazasında tam nəzarətin hələ qurulmadığını və üsyançı əsgərlərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların davam etdiyini iddia edirlər.
Tahir TAĞIYEV