İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri Pakistanla sərhəddə, Sistan və Bəlucistan əyalətində silahlı bir qrupun ölkəyə sızma cəhdinin qarşısını alıb. Bu barədə İranın cənub-şərqində yerləşən SEPAH-ın Qüds Qüvvələri bazası məlumat yayıb.
Hərbçilərin məlumatına görə, əməliyyat zamanı qrupun üzvlərindən biri öldürülüb, altı nəfər isə saxlanılıb. Onlardan 20 partlayıcı qurğu da daxil olmaqla çoxlu sayda silah, eləcə də rabitə avadanlığı müsadirə edilib.
SEPAH iddia edir ki, qruplaşma əyalətdə terror hücumları törətmək niyyətində olub. İran ordusunun məlumatına görə, yaraqlıların hərəkətləri İsrail və ABŞ-ın məqsədləri ilə uyğun gəlir.
Tahir TAĞIYEV