ABŞ prezidenti Donald Tramp Ontario gölünün və Meksika körfəzinin adını dəyişdirdikdən sonra okeanlardan birinin adını dəyişdirə biləcəyini bildirib.
NUR.KZ xəbər verir ki, Amerika prezidenti bunu Oval Ofisdə jurnalistlərə bildirib.
"Artıq bir körfəzimiz və bir gölümüz var, indi bizə sadəcə bir okean lazımdır. Buna görə də Atlantik və ya Sakit Okeanın adını dəyişdirməli ola bilərik. Bəlkə də bir az dəyişəcək ", - deyə Tramp bildirib.
Bundan əvvəl Ağ Ev rəhbəri Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adının dəyişdirildiyini elan etmişdi və bu iki ölkə arasında mübahisəyə səbəb olmuşdu.
Tahir TAĞIYEV