Cümə günü, 06 noyabr 2026
     

Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

Image


Rusiya illərdir Cənubi Qafqazda əsas müttəfiqi hesab etdiyi Ermənistanda tədricən mövqelərini itirir. Siyasi böhranlar, Moskvanın ticarət təzyiqindən sonra İrəvan getdikcə Qərbə doğru irəliləyir. Eyni zamanda, Kremlin Ermənistanın daxili siyasətinə təsir göstərmək və bölgə üzərində nəzarəti qorumaq cəhdləri uğursuz olub. "Ermənistan seçkilərinə müdaxilə" üçün daha bir uğursuz xüsusi əməliyyatdan sonra Rusiya, nəhayət ki, bölgədəki təsirini itirir. Rusiyapərəst qüvvələr parlament seçkilərində məğlub oldular, baş nazir Nikol Paşinyan hökuməti isə Moskvadan uzaqlaşmaq kursunu davam etdirdi.

Ermənistanın “Past” nəşri isə qeyd edir ki, belə durumda “Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi fonunda Moskva Ermənistana təsir göstərmək üçün yeni alətlərdən istifadə edə bilər. Bu alətlərdən biri əmək miqrasiyası sahəsində məhdudiyyətlərin sərtləşdirilməsi ola bilər: “Avqustun ortalarında Ermənistan mətbuatında Rusiya tərəfindən Ermənistana hansı inteqrasiya birliyini - Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi Birliyini seçəcəyini müəyyənləşdirmək üçün bir ay vaxt verildiyi və məhdudiyyətlərin “ikinci, daha sərt mərhələsinə” keçidin mümkünlüyü barədə xəbərdarlıq edildiyi yazılmışdı. Mümkün məhdudiyyətlərdən biri miqrasiya siyasətinin sərtləşdirilməsi ola bilər. Bu isə Rusiyada çalışan minlərlə erməni əmək miqrantının ölkədən çıxarılması və onların gəlir mənbəyindən məhrum qalması ilə nəticələnə bilər. Digər mümkün addım iki ölkə arasında hava nəqliyyatının məhdudlaşdırılması və ya dayandırılmasıdır. Bu, turizmə mənfi təsir göstərə, Ermənistanın Rusiya ilə quru sərhədinin olmaması nəzərə alınmaqla, miqrasiya proseslərini də çətinləşdirə bilər. Rusiya ilə miqrasiya əlaqələrinin əhəmiyyəti Ermənistan üçün olduqca böyükdür. Ermənistan Mərkəzi Bankının göstəricilərinə görə, 2025-ci ildə Rusiyadan Ermənistana fiziki şəxslər vasitəsilə 3,87 milyard dollar vəsait köçürülüb, həmin il ölkənin ümumi ÜDM-si isə 29,2 milyard dollar təşkil edib. Bu, Rusiyada çalışan əmək miqrantlarından əldə olunan gəlirin Ermənistan iqtisadiyyatının təxminən 13,3 faizinə bərabər olması deməkdir. Ermənistan 2025-ci ildə Rusiyadakı miqrantlarından dörd böyük Qərb iqtisadiyyatındakı erməni əmək miqrantlarından əldə etdiyi vəsaitdən üç dəfə çox gəlir əldə edib”. Nəşrin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin mayın sonunda keçirilən Avrasiya İqtisadi Birliyi sammitində Ermənistanın birlikdən mümkün çıxışının nəticələrinə toxunaraq, ölkənin ÜDM-nin ən azı 14 faizini itirə biləcəyini söyləyib: “Putin bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyini tərk edərsə, erməni miqrantlar birlik üzvü olmayan digər MDB ölkələrinin vətəndaşları ilə eyni tələblərə tabe olacaqlar. Bu da Rusiyada işləmək üçün icazənin alınması məsələsinə təsir göstərə bilər. Ermənistan hazırda, Avrasiya İqtisadi Birliyinin qaydalarına uyğun olaraq, işəgötürənlə əmək müqaviləsi bağlayan vətəndaşları üçün Rusiya vətəndaşları ilə bərabər hüquqlardan istifadə edir. Ermənistanın mümkün itkiləri yalnız əmək miqrasiyası şərtlərinin sərtləşməsi ilə məhdudlaşmayacaq. Ölkə Avrasiya İqtisadi Birliyindən çıxarsa, dəmir yolu və avtomobil nəqliyyatı tariflərinin, eləcə də enerji daşıyıcılarının, o cümlədən qazın qiymətinin artması, kənd təsərrüfatı məhsulları bazarının və turizm gəlirlərinin itirilməsi kimi problemlərlə də üzləşə bilər”.
Yazıda son illərdə Ermənistan vətəndaşlarının əmək məqsədilə Rusiyaya girişinin 160-170 min nəfər səviyyəsində nisbətən sabit qaldığı, lakin 2024-cü ildən etibarən miqrasiya siyasətinin sərtləşdirilməsi nəticəsində bu göstəricinin azalmağa başladığı bildirilib: “Hesablamalara görə, son iki ildə Ermənistandan əmək miqrasiyası 11,2 faiz azalıb. Müqayisə üçün, Tacikistandan Rusiyaya əmək miqrasiyası 20,6 faiz, Qırğızıstandan isə 14,2 faiz azalıb. Ermənistanın Rusiyadan miqrasiya asılılığı digər kiçik MDB ölkələri ilə müqayisədə daha aşağı görünsə də, ölkənin mürəkkəb geosiyasi mövqeyi xarici əmək miqrasiyası və ümumi iqtisadi əlaqələrin şaxələndirilməsi imkanlarını məhdudlaşdırır. Ermənistan yaxın gələcəkdə Rusiya əmək bazarının itirilməsini kompensasiya edə bilməz. Əgər Moskva əmək miqrasiyasına qarşı sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edərsə, Ermənistan çox çətin vəziyyətə düşəcək. Buna görə də İrəvanın belə bir ssenaridən yayınmağa çalışacağı ehtimal olunur”. Rusiyanın qalan son təsir vasitələri enerji, infrastruktur və hərbi mövcudluqdur. Buna baxmayaraq, Paşinyan artıq işarə edib ki, Moskva yeni qiymətlər tətbiq etmək qərarına gələrsə, Ermənistan 102-ci Rusiya hərbi bazasını və dəmir yolu şəbəkələrini xatırlayacaq və ruslardan indi 2 milyard dollar məbləğində pul tələb oluna bilər.

Bu arada, Ermənistanın Aİ-yə qoşulmaq üçün rəsmi ərizə təqdim etmə prosesinə başlamaq qərarı Kremlin geosiyasi məğlubiyyətinin son akkordu kimi qiymətləndirilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ