Cümə günü, 06 noyabr 2026
     

Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

Image


Amid Əliyev: “Mirzoyan “Marqara”ya sadəcə XİN əməkdaşlarını və ya hökumət nümayəndələrini deyil, Ermənistanın müxtəlif ölkələrdəki səfirlərini aparmaqla...”

İllik seminar çərçivəsində Ararat Mirzoyanın rəhbərliyi ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi və xaricdəki diplomatik xidmət qurumlarının nümayəndələri Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd keçid məntəqəsində olublar.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan nəzarət-buraxılış məntəqəsinin təmiri və yenidən təchiz edilməsi ilə bağlı görülən işləri təqdim edib, onun istismara hazır olduğunu vurğulayıb.

Mirzoyan diplomatları hələ istifadəyə verilməmiş “Marqara” keçid məntəqəsinə niyə aparıb?

Politoloq Amid Əliyev baki-xeber.com-a şərhində bildirdi ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ölkənin diplomatik nümayəndəliklərinin rəhbərlərini “Marqara” sərhəd-keçid məntəqəsinə aparması sırf protokol xarakterli tədbir və ya səfər təsiri kimi qiymətləndirilə bilməz. “Eyni zamanda da bu addıma yalnız texniki baxış kimi yanaşmaq doğru olmazdı. Çünki söhbət Ermənistan-Türkiyə sərhədinin üzərində yerləşən və uzun illərdir bağlı qalan “Marqara” keçid məntəqəsindən gedir. Ermənistan tərəfi məntəqənin təmir və yenidən təchiz olunduğunu, artıq fəaliyyətə tam hazır olduğunu və artıq proseslərin real müstəvidə və zaman çərçivəsində həll olunmağa yaxın olduğunu nümayiş etdirir.

Reallıqda isə Mirzoyanın diplomat korpusunu məhz buraya aparması Ermənistanın xarici siyasətində simvolik və kommunikativ xarakter daşıyan siyasi bir mesajdır. Rəsmi İrəvan bununla həm Ankara, həm də beynəlxalq ictimaiyyət qarşısında özünü “sərhədin açılmasına hazır tərəf” kimi təqdim etməyə çalışır. Başqa sözlə, Ermənistanın mesajı kifayət qədər aydındır: “Biz öz tərəfimizdə hazırlığı başa çatdırmışıq, “Marqara” hazırdır, indi siyasi qərarın verilməsi qarşı tərəfdən asılıdır.” Bu yanaşma Ermənistanın son dövrlərdə irəli sürdüyü “top artıq bizim meydanda deyil” mövqeyi ilə də üst-üstə düşür.

Burada xarici diplomatların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Mirzoyan “Marqara”ya sadəcə XİN əməkdaşlarını və ya hökumət nümayəndələrini deyil, Ermənistanın müxtəlif ölkələrdəki səfirlərini aparmaqla bu mesajın beynəlxalq diplomatik kanallar vasitəsilə yayılmasını təmin edir. Yəni səfirlər üçün “Marqara” sadəcə sərhəd məntəqəsi deyil, Ermənistanın regional siyasətinin “göstərilən sübutuna” çevrilir. İrəvan istəyir ki, onun diplomatları fəaliyyət göstərdikləri paytaxtlarda Ermənistanın Türkiyə ilə normallaşmaya hazır olduğunu, sərhəd infrastrukturunun hazır vəziyyətə gətirildiyini və prosesin siyasi mərhələyə keçməli olduğunu daha rahat şəkildə izah edə bilsinlər. Daha aydın desək, Ermənistan Türkiyə ilə münasibətlərin inkişafında, xüsusilə sərhədlərin açılmasında iqtisadi dividentlərə yönəlmiş istiqamət tutmasını açıq şəkildə sətraltı və açıq şəkildə bəyan edir”.

A.Əliyevin fikrincə, amma, məsələni yalnız Ermənistan-Türkiyə münasibətləri çərçivəsində qiymətləndirmək hazırki məqamda düzgün olmaz. O, hesab edir ki, burada Azərbaycan faktoru həlledici olaraq qalır. “Ankara indiyə qədər Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycan-Ermənistan sülh prosesi ilə əlaqələndirib. Buna görə “Marqara” məsələsi əslində üçtərəfli geosiyasi kontekstə malikdir: İrəvan–Ankara, İrəvan–Bakı və Bakı–Ankara münasibətləri bir-birindən təcrid olunmuş proseslər deyil. Qısası proses Azərbaycanın milli maraqları və təhlükəsizliyi prizmaaından mütləq qaydada keçməlidir.

Ermənistan isə son dövrdə bu prosesləri mümkün qədər paralel aparmağa və Türkiyə istiqamətində ayrıca diplomatik dinamika formalaşdırmağa çalışır. Bunun arxasında ciddi geosiyasi və iqtisadi hesablamalar var. Türkiyə ilə sərhədin açılması Ermənistanın regional təcridini azaltmaqla yanaşı, yeni ticarət və nəqliyyat imkanları yarada, Ermənistanın Qərb və regional bazarlara çıxışını genişləndirə və İrəvanın xarici siyasətdə manevr imkanlarını artıra bilər. Gümrü–Qars dəmir yolunun bərpası istiqamətində Ermənistan və Türkiyənin birgə texniki işçi qrupunun yaradılması da bu prosesin artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını göstərir.

Ancaq burada mühüm bir ziddiyyət hələ də var:

“Marqara” texniki baxımdan hazır ola bilər, amma sərhədin açılması texniki deyil, siyasi qərardır. Məntəqənin yenilənməsi siyasi razılaşmanın yerini tutmur. Elə buna görə də Mirzoyanın diplomatları “Marqara”ya aparması müəyyən mənada sərhədin açılması üçün deyil, sərhədin niyə hələ açılmadığı barədə Ermənistanın öz siyasi narrativini formalaşdırması üçün atılmış addım kimi də qiymətləndirilə bilər. Ermənistan özünü hazır və təşəbbüskar tərəf, Türkiyəni isə növbəti siyasi addımı atmalı olan tərəf kimi göstərir. Məsələnin artıq Türkiyənin siyasi qərarından asılı olması açıq şəkildə təzahür edilir.

Beləliklə, “Marqara” bu mənada sadəcə sərhəd-keçid məntəqəsi kimi deyil, Ermənistanın Türkiyəyə və bütövlükdə regiona açılmaq strategiyasının siyasi-iqtisadi vitrinidir. Ermənistan diplomatlarının ora aparılması isə həmin vitrinin beynəlxalq auditoriyaya nümayiş etdirilməsidir”-deyə A.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ