İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Lark adasına hücumu nəticəsində mülki şəxslər də daxil olmaqla, itki və yaralananların olduğunu bildirib və hücuma cavab verəcəyini açıqlayıb.
SEPAH-ın açıqlamasında hücumun ABŞ və İsrailin " regiondakı nüfuzlarını itirmələri və daxili problemləri səbəbindən mənfi rollarını canlandırmaq və ictimai rəyi manipulyasiya etmək" cəhdi olduğu iddia edilir.
SEPAH ABŞ-ın Lark adasına hücumuna cavab olaraq İordaniyadakı iki ABŞ hava bazasına ballistik raket zərbələri endirdiyini açıqlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı yazılı açıqlamada Aerokosmik Qüvvələrin Lark adasına "Amerika-İsrail" hava hücumuna qarşı qisas əməliyyatları həyata keçirdiyi bildirilib.
Açıqlamada deyilir ki, cavab hücumlarının bir hissəsi olaraq, İordaniyadakı Kral Hüseyn və Müvəffəq Salti hava bazaları ballistik raketlərlə hədəfə alınıb.
İordaniya isə hücum cəhdinin qarşısını aldığını açıqlayıb.
ABŞ mediasının verdiyi məlumata görə, ABŞ ordusu İranın Lark adasına raket hücumu həyata keçirib.
Tahir TAĞIYEV