Cümə günü, 06 noyabr 2026
     

Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

Image


Xaqani Cəfərli: "Qazaxıstan və Qırğızıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın maraqlarına tam uyğundur"

Ermənistan Qazaxıstan və Qırğızıstanı ABŞ-ın iştirakı ilə həyata keçirilən TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") layihəsinə səhmdar kimi qoşulmağa dəvət edib. Təklifə əsasən, Ermənistanın layihədə ilkin olaraq 26 faiz payı olacaq və bu payın 5 faizi Qazaxıstana, 5 faizi isə Qırğızıstana verilə bilər.

Məsələ Ermənistanın baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığında müzakirə olunub. Tərəflər, həmçinin, Ermənistanın dəmir yollarının idarəçiliyinin Qazaxıstan tərəfinə verilməsi imkanını müzakirə ediblər. Tokayevin oktyabr ayında Ermənistana rəsmi səfər etməsi də gözlənilir.

Qırğızıstanın layihəyə mümkün qoşulması isə əsasən Mərkəzi Asiyanın Avrasiya üzrə nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi baxımından maraq doğurur. Lakin hazırda Qırğızıstanın səhmdar kimi layihəyə qoşulmağa razılıq verdiyi barədə rəsmi məlumat yoxdur.

Layihənin əsas məqsədi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirən nəqliyyat bağlantısının yaradılmasıdır. Marşrut daha geniş regional nəqliyyat şəbəkəsinin bir hissəsi kimi nəzərdə tutulur və gələcəkdə Körfəz ölkələri ilə Qara dəniz hövzəsi arasında dəmir yolu əlaqələrinin genişlənməsinə imkan yarada bilər.

Layihənin idarəçiliyinin ABŞ şirkətinə verilməsi və həmin şirkətə infrastruktur üzərində 99 ilədək eksklüziv idarəetmə hüququnun təqdim olunması nəzərdə tutulur. Yəni Ermənistan Zəngəzur marşrutunu Azərbaycan-Naxçıvan bağlantısından Qazaxıstan və Qırğızıstanın da iştirakı ilə daha geniş beynəlxalq nəqliyyat və investisiya layihəsinə çevirməyə çalışır.

Ermənistanın öz payının 10 faizini Mərkəzi Asiyanın iki ölkəsinə verməsində əsas məqsədi nədir? Bu addım TRIPP layihəsinin beynəlxalq iştirakçılarının və siyasi dəstəyinin genişlənməsi baxımından Ermənistan üçün hansı üstünlükləri yarada bilər? Eyni zamanda, Qazaxıstan və Qırğızıstanın layihəyə səhmdar kimi daxil olması Azərbaycan üçün hansı pozitiv və neqativ perspektivlər doğura bilər? Bu, Zəngəzur marşrutunun daha geniş Transxəzər və Orta Dəhliz şəbəkəsinə inteqrasiyasını sürətləndirə, yoxsa layihənin geosiyasi yükünü və iştirakçılar arasında maraq toqquşması riskini artıra bilər?

Mia.az - Xəqani Cəfərov qeydiyyata alınmadı

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, TRIPP layihəsi Avrasiyanın ən mühüm logistika sistemlərindən biri olmağa iddialıdır və Orta Dəhlizin ən vacib hissələrindən birinə çevrilə bilər.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən dərhal sonra ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur marşrutunun yaradılması məsələsi gündəmə gəlib. Həmin dövrdə isə Rusiya hələ qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlər sistemindən indiki səviyyədə təcrid olunmamışdı.

"Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və bunun nəticəsində Rusiyadan yan keçən alternativ nəqliyyat marşrutlarına tələbatın kəskin güclənməsı Orta Dəhlizə marağı əhəmiyyətli dərəcədə artırdı. Bu proses Zəngəzur marşrutunun əhəmiyyətini daha da yüksəltdi. Çünki söhbət yalnız Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat xəttindən getmir. Burada daha geniş Avrasiya nəqliyyat şəbəkəsinin formalaşdırılmasından söhbət gedir", – deyə politoloq bildirib.

Xaqani Cəfərli hesab edir ki, Qazaxıstan və Qırğızıstanın TRIPP layihəsinə səhmdar kimi qoşulması Azərbaycanın maraqlarına tam uyğundur. Onun fikrincə, bu iki ölkənin layihədə iştirakının Azərbaycan üçün hər hansı ciddi neqativ təsir yaradacağını düşünmək üçün əsas yoxdur. Əksinə, bunun bir sıra mühüm müsbət nəticələri ola bilər.

"Əvvəla, Qazaxıstan və Qırğızıstanın layihəyə səhmdar kimi daxil olması həmin ölkələrin marşrutdan istifadə etməkdə marağını daha da artıracaq. Çünki onlar artıq yalnız bu nəqliyyat xəttindən istifadə edən ölkələr deyil, həm də onun iqtisadi iştirakçısı olacaqlar. Bu isə marşrutun yük və sərnişin potensialının artmasına, yeni ticarət əlaqələrinin formalaşmasına və layihənin iqtisadi baxımdan daha dayanıqlı olmasına şərait yarada bilər", – deyə ekspert vurğulayıb.

Politoloqun sözlərinə görə, məsələnin digər mühüm tərəfi layihənin coğrafiyasının genişlənməsi və daha çox ölkənin prosesə cəlb olunmasıdır.

"Qazaxıstan və Qırğızıstanın TRIPP layihəsinə səhmdar kimi qoşulması layihənin daha da qloballaşmasına səbəb ola bilər. Bu, eyni zamanda, Cənubi Qafqazla Mərkəzi Asiyanın nəqliyyat və iqtisadi baxımdan daha sıx şəkildə bir-birinə bağlanmasına imkan yaradar. Belə bir inteqrasiya həm region ölkələrinin qarşılıqlı iqtisadi asılılığını artırar, həm də onların uzunmüddətli sabitlikdə marağını gücləndirər", – deyə Xaqani Cəfərli qeyd edib.

Ekspert hesab edir ki, layihəyə Mərkəzi Asiya ölkələrinin cəlb olunmasının geosiyasi əhəmiyyəti də kifayət qədər böyükdür. Onun fikrincə, marşrutun iştirakçılarının sayı artdıqca ayrı-ayrı dövlətlərin layihəyə təsir imkanları nisbətən azalır və nəqliyyat dəhlizi daha çox beynəlxalq xarakter alır.

"Bu iştirak Rusiyanın layihəyə mənfi təsir imkanlarının qarşısının alınması baxımından da faydalı ola bilər. Nə qədər çox ölkə layihədə maraqlı tərəfə çevrilərsə, həmin marşrutun taleyinin yalnız bir və ya iki dövlətin siyasi iradəsindən asılı qalması ehtimalı bir o qədər azalır. Bu baxımdan Qazaxıstan və Qırğızıstanın səhmdar kimi iştirakı layihənin siyasi və iqtisadi dayanıqlığını gücləndirə bilər", – deyə politoloq bildirib.

Xaqani Cəfərli hesab edir ki, Ermənistanın özünə məxsus 26 faizlik payın 5 faizini Qazaxıstana, digər 5 faizini isə Qırğızıstana verməsi təklifi də məhz bu baxımdan qiymətləndirilməlidir.

"Əgər Ermənistan TRIPP layihəsində özünə düşən 26 faizlik payın 5 faizini Qazaxıstana, 5 faizini isə Qırğızıstana verməklə onları layihənin iştirakçılarına çevirərsə, bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid nəqliyyat və iqtisadi məkan kimi formalaşması prosesinə mühüm töhfə verə bilər. Bu prosesin uzunmüddətli perspektivdə hər iki regiona sabitlik və rifah gətirmək potensialı var", – deyə ekspert vurğulayıb.

Politoloqun fikrincə, burada Azərbaycanın maraqları ilə Ermənistanın layihə daxilində apardığı siyasət arasında müəyyən uyğunluq da yaranır. Çünki Azərbaycanın əsas məqsədlərindən biri Zəngəzur marşrutunun regional və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya olunması, onun yalnız ikitərəfli bağlantı deyil, genişmiqyaslı beynəlxalq dəhlizin bir hissəsinə çevrilməsidir.

"Marşrut nə qədər çox ölkəni birləşdirərsə, onun iqtisadi və siyasi əhəmiyyəti də bir o qədər artar. Qazaxıstan və Qırğızıstanın layihədə iştirakı Orta Dəhlizin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantısını gücləndirəcək. Bu isə Azərbaycan üçün həm tranzit imkanlarının genişlənməsi, həm də ölkənin regional logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi baxımından müsbət nəticə verə bilər", – deyə Xaqani Cəfərli bildirib.

Ekspert hesab edir ki, bu proses həmçinin region ölkələrinin iqtisadi maraqlarını siyasi sabitliklə daha sıx bağlaya bilər. Çünki nəqliyyat və logistika layihələrinə böyük investisiya qoyan dövlətlər həmin marşrutların təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsində birbaşa maraqlı olurlar.

"Qənaətimcə, Ermənistanın TRIPP layihəsində özünə düşən 26 faizlik payın 5 faizini Qazaxıstana, 5 faizini isə Qırğızıstana verməsində Azərbaycanın maraqları baxımından hər hansı təhlükə görmürəm. Əksinə, layihənin iştirakçı ölkələrinin sayının artması, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsi və Orta Dəhlizin genişlənməsi Azərbaycanın strateji və iqtisadi maraqlarına cavab verir", – deyə politoloq fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ