İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması İranla əvvəlcədən razılaşdırılmadan keçən gəmilər üçün Hörmüz boğazının bağlı olduğunu bəyan edib.
SEPAH-ın bəyanatına görə, məhdudiyyətlər ABŞ Tehran qarşısındakı öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalacaq.
İran qüvvələrinin Hörmüz boğazı üzərində "həlledici nəzarəti" saxladığını bildirən SEPAH, ABŞ-ın su yolunun açıq olması ilə bağlı iddialarını rədd edərək, onları neft qiymətlərinə təsir göstərmək və Amerikanın uğursuzluqlarını ört-basdır etmək üçün hazırlanmış yalan adlandırıb.
SEPAH-ın donanması boğazın İslam Respublikası ilə koordinasiya olmadan keçməyə çalışan bütün gəmilər üçün "tamamilə bağlı" olduğunu vurğulayıb.
İran tərəfinin fikrincə, məhdudiyyətlər İrana qarşı "Amerika ordusunun təxribatları" dayandırılana və Vaşinqton öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalacaq.
SEPAH həmçinin İran əhalisini strateji su yolunun qüvvələrinin "tam və etibarlı nəzarəti" altında qaldığına əmin edib.
Tahir TAĞIYEV