Almaniyanın maliyyə naziri Lars Klinqbeyl deyib ki, yanacağın yüksək qiymətlərinə görə məsuliyyət Donald Trampın üzərinə düşür, bu onun İranda başlatdığı məsuliyyətsiz müharibənin nəticəsidir. Nazir Lars Klinqbeyl ABŞ Prezidenti Donald Trampı İranla məsuliyyətsiz müharibəni bitirməyə çağırıb.
Klinqbeyl sözügedən bəyanatı gələn həftə “Böyük İyirmilik” (G20) sammitində iştirak etmək üçün yola düşəcəyi ABŞ-a səfərindən əvvəl verib.
Almaniyanın maliyyə naziri bildirib ki, onun Vaşinqtona əsas mesajı məhz müharibənin dayandırılması olacaq. “Bu, ABŞ üçün də daxil olmaqla, ən vacib mesajdır – bu müharibəni bitirin”, – Klinqbeyl bildirib.
Tahir TAĞIYEV