ABŞ Maliyyə Nazirliyi İrana qarşı həftəlik ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır və Tehrana iqtisadi təzyiqi artırır. Reuters-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent bildirib. Plana görə, Vaşinqtonun ilk hədəfi banklar olacaq. Sanksiyaların tətbiqindən sonrakı növbəti addım isə ayrı-ayrı maliyyə qurumlarının dollar sistemindən tamamilə ayrılması ola bilər.
Bir gün əvvəl ABŞ İranla mümkün maliyyə əlaqələri səbəbindən Misir Bankı Misirinin Birləşmiş Ərəb Əmirliklərindəki filiallarına məhdudiyyətlər qoymuşdu. "Həftəlik olaraq bu tədbirlərin daha çoxunu görəcəksiniz. Biz banklardan başlayırıq və bunu aydın şəkildə bildiririk: İran vəsaitləri ilə işləmək və rejimə kömək etmək qəbuledilməzdir", - deyə Bessent vurğulayıb. O bildirib ki, Tehranla maliyyə əməliyyatlarını dəstəkləyən digər qurumlara da əlavə məhdudiyyətlər tətbiq oluna bilər. Eyni zamanda, ABŞ G20 ölkələrini İranla əlaqələri məhdudlaşdırmağa çağırıb. Xəzinədarlıq naziri qeyd edib ki, mövqeyini G20 ölkələrinin maliyyə nazirlərinə və mərkəzi bank rəhbərlərinə çatdırmağı planlaşdırır.
SAMİRƏ