Cümə günü, 06 noyabr 2026
     

Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

Image


Abutalıb Səmədov: "Ermənistan “Pralay” raketlərini alarsa, Azərbaycan daha müasir və uzaqmənzilli raketlərlə cavab verə bilər"

Hindistan və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində danışıqlar aparılır. Məlumata görə, Hindistan Ermənistana "Pralay" ballistik raketlərinin müəyyən versiyasını təklif edə bilər.

Söhbət təxminən 290 kilometr məsafəyə qədər hədəfləri vurmaq imkanına malik raketlərdən gedir. Ermənistan tərəfinin gələcəkdə Hindistana səfər edərək sistemlə tanış olması, təlimlərdə iştirakı və raketin sınaq buraxılışını izləməsi də müzakirə olunur.

"Pralay" "yer-yer" tipli qısa mənzilli raket sistemidir və müxtəlif versiyalarının 150–500 kilometr aralığında məsafədəki hədəfləri vurmaq imkanına malik olduğu bildirilir.

Hindistanın Ermənistana "Pralay" raketləri satması ehtimalı İrəvanın yüksək dəqiqlikli zərbə imkanlarını artırmaqla yanaşı, Hindistan-Ermənistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərə bilər. Bu addım Cənubi Qafqazda hərbi balans və Azərbaycan-Ermənistan münasibətləri baxımından da diqqət çəkə bilər.

Hindistanın Ermənistana 500 kilometrədək məsafədə hədəfləri vura bilən "Pralay" raketlərini təklif etməsi hansı məqsədə xidmət edir? Ermənistanın yüksək dəqiqlikli zərbə imkanlarını artıran belə silahlarla təchiz olunması Hindistanın Cənubi Qafqazda hansı geosiyasi və hərbi hesablamalar apardığını göstərir? Hindistan Ermənistanı potensial olaraq nəyə hazırlayır və bu cür uzaqmənzilli raketlərin Ermənistana verilməsi regionda hərbi balansı, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərini necə dəyişə bilər? Hindistanın bu siyasəti yalnız silah satışı və kommersiya maraqları ilə izah olunur, yoxsa arxasında daha geniş strateji məqsədlər dayanır?

Abutalıb Səmədov: Altı siyasi partiyanın YAP-a qoşulması ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaradır

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Hindistan dünyanın ən çox silah idxal edən ölkələrindən biridir. Uzun illər ərzində Hindistanın silah idxalında əsas yerlərdən birini Rusiya tutub. Eyni zamanda, Rusiya Ukrayna müharibəsinə qədər dünyanın ikinci ən böyük silah ixracatçılarından biri olub. Ermənistan da hərbi arsenalının böyük hissəsini uzun illər Rusiyadan əldə edib.

Ekspertin sözlərinə görə, hazırda Rusiya ilə Ermənistan arasında ciddi problemlərin yaranması fonunda bu sahədə vəziyyət dəyişib. Ermənistanın Rusiyaya ödədiyi təxminən 400 milyon dolların qarşılığında uzun müddətdir sifariş etdiyi silahları tam şəkildə ala bilməməsi İrəvanı alternativ silah bazarlarına üz tutmağa vadar edib.

"Bu boşluğu isə Hindistan doldurmağa çalışır. Hindistan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və belə vəziyyətlərdə çeviklik nümayiş etdirmək onun əsas üstünlüklərindən biridir. Hindistan artıq yalnız silah idxal edən deyil, eyni zamanda dünya bazarında böyük silah ixracatçısına çevrilmək istəyir. Ermənistan kimi ölkələrlə hərbi əməkdaşlıq bu baxımdan Hindistan üçün mühüm əhəmiyyət daşıyır", – deyə politoloq bildirib.

Abutalıb Səmədov qeyd edib ki, Hindistan silahlarının hamısını dünyanın ən keyfiyyətli silahları sırasında qiymətləndirmək düzgün olmaz. Lakin "Pralay" ballistik raketləri kifayət qədər təhlükəli və uzaq məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malik sistemlərdir.

Onun sözlərinə görə, bu raketlərin Ermənistana verilməsi və yerləşdirilməsi baş tutarsa, Cənubi Qafqazda müəyyən yeni reallıqlar yarana bilər.

"Azərbaycan da bu reallıqları nəzərə alaraq ciddi addımlar atmaq məcburiyyətində qala bilər. Ermənistanın silahlandırılmasında və İrəvanla hərbi əməkdaşlıqda Hindistanın məqsədi, ilk növbədə, dünya silah bazarında mövqelərini gücləndirmək və daha çox silah idxal edən deyil, silah ixrac edən ölkə kimi tanınmaqdır. Hindistanın silahlarını bir sıra inkişaf etmiş Avropa ölkələri almadığına görə Ermənistan kimi bazarlar onun üçün əhəmiyyətlidir", – deyə ekspert vurğulayıb.

Politoloq hesab edir ki, Hindistanın Ermənistanla əməkdaşlığını yalnız silah satışı və yeni bazar əldə etmək cəhdi kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, bu əməkdaşlığın arxasında daha geniş geosiyasi və iqtisadi maraqlar da dayanır.

"Pakistanın son dövrlərdə Cənubi Qafqazda fəallaşması, Türkiyə-Pakistan-Azərbaycan əməkdaşlığının güclənməsi Hindistanı ciddi şəkildə narahat edir. Ermənistanla əməkdaşlıq Hindistana Cənubi Qafqazda möhkəmlənmək, regionun potensialından və nəqliyyat dəhlizlərindən öz iqtisadiyyatı üçün faydalanmaq imkanı verir. Buna görə də Hindistan-Ermənistan münasibətlərinə təkcə silah satışı kontekstində deyil, həm də Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsi baxımından yanaşmaq lazımdır", – deyə Abutalıb Səmədov bildirib.

Ekspertin sözlərinə görə, bu prosesin Azərbaycan üçün müəyyən müsbət tərəfləri də var. Belə ki, Hindistanla yanaşı ABŞ və Avropa dövlətlərinin də Cənubi Qafqazda maraqlarının artması Rusiyanın regiondakı əvvəlki dominant mövqeyinin zəifləməsinə gətirib çıxara bilər.

"Rusiyanın Cənubi Qafqazdakı imkanlarının azalması və regiondan tədricən sıxışdırılması Azərbaycanın maraqlarına müəyyən mənada xidmət edə bilər. Lakin burada təhlükəsizlik məsələsini də nəzərdən qaçırmaq olmaz", – deyə politoloq əlavə edib.

Abutalıb Səmədov hesab edir ki, Hindistanın əsas məqsədi Ermənistanı Azərbaycanla müharibəyə hazırlamaq və ya yeni müharibəyə sövq etmək deyil.

"Hindistan yaxşı anlayır ki, Azərbaycanın iqtisadi imkanları Ermənistanla müqayisədə dəfələrlə böyükdür. Ermənistanın "Pralay" raketlərinə qarşı Azərbaycan daha müasir və daha uzaqmənzilli, yüksək dəqiqliklə hədəfləri vurmaq imkanına malik raketlər əldə edə bilər. Azərbaycan şübhəsiz ki, bu imkanlardan istifadə edəcək. Ermənistanın Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalı isə son dərəcə aşağıdır, hətta demək olar ki, yoxdur", – deyə o bildirib.

Bununla belə, ekspert vurğulayıb ki, "Pralay" raketlərinin Ermənistana verilməsi Azərbaycan üçün müəyyən təhlükələr yarada bilər. Belə silahlar Ermənistanın Azərbaycanın komanda mərkəzləri və digər strateji obyektlərinə uzaq məsafədən zərbə endirmək imkanlarını artırır.

"Bu təhlükələr mütləq nəzərə alınmalıdır. Çünki indiyədək Azərbaycan-Ermənistan münasibətlərində əsas problemlərdən biri sərhəddə vaxtaşırı baş verən silahlı qarşıdurmalar və bunun nəticəsində hərbçilərin həlak olması idi. İndi isə uzaqmənzilli zərbə vasitələrinin ortaya çıxması daha ciddi problemlər yarada bilər. Ermənistan bu raketləri alarsa, Azərbaycan da daha yüksək səviyyəli raket sistemləri ilə cavab vermək məcburiyyətində qala bilər. Nəticədə hər iki tərəfin bir-birinə uzaq məsafədən zərbələr endirmək imkanları yaranar ki, bu da sülhə, əməkdaşlığa və iqtisadi inkişaf üçün təhlükəsiz mühitin formalaşmasına xidmət etmir", – deyə politoloq qeyd edib.

Abutalıb Səmədov Ermənistan rəhbərliyinin belə bahalı hərbi alışlara qərar verməzdən əvvəl mümkün nəticələri ciddi şəkildə nəzərdən keçirməli olduğunu düşünür. Onun fikrincə, Ermənistan qarşıdakı dövrdə ciddi iqtisadi problemlərlə üzləşə bilər.

"Rusiyanın Ermənistana verdiyi qazın qiymətini artırması və ya ümumiyyətlə qaz satışından imtina etməsi, Rusiyada çalışan erməni əmək miqrantlarına qarşı təzyiqlərin artması, onların bir hissəsinin ölkədən çıxarılması, Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq olunan məhdudiyyətlərin qüvvədə qalması və ya sərtləşdirilməsi, eləcə də Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılması istiqamətində mümkün addımlar İrəvan üçün ciddi problemlər yarada bilər. Belə vəziyyətdə Azərbaycan müəyyən məsələlərin həllində Ermənistana ciddi kömək göstərə bilər", – deyə ekspert bildirib.

Politoloq hesab edir ki, Ermənistan hərbi balansı dəyişdirə biləcək addımlar atmadan əvvəl bütün riskləri yenidən qiymətləndirməlidir.

"Hazırda Azərbaycan-Ermənistan münasibətləri yaxşılaşma istiqamətində davam edir. ABŞ-ın regionda nüfuzunun artması, Tramp marşrutunun işə düşməsi, Hindistan və Çinin Cənubi Qafqazda maraqlarının genişlənməsi, Türkiyənin regionda mövqelərini möhkəmləndirməsi gələcəkdə sülhün təmin olunması üçün yeni imkanlar yarada bilər. Ermənistan belə məsrəfli silah alışlarından imtina etsə, həm öz iqtisadiyyatını inkişaf etdirmək imkanlarını genişləndirər, həm də Azərbaycanla münasibətlərdə qarşılıqlı dinamikanın artmasına şərait yaradar. Buna görə də Ermənistan "Pralay" raketləri ilə bağlı qərar verərkən bu addımın yaradacağı təhlükələri və mümkün siyasi-iqtisadi nəticələri ciddi şəkildə nəzərə almalıdır", – deyə Abutalıb Səmədov fikrini yekunlaşdırıb.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ