Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilmə zamanı Robert Köçəryanın səhhəti pisləşib və bundan sonra o, Surb Qriqor Lusavoriç Tibb Mərkəzinə köçürülüb. Bu barədə "Hraparak" qəzeti yazır.
Bildirilir ki, Köçəryan 10 gün əvvəl stent əməliyyatı keçirdiyi Erebuni Tibb Mərkəzinə köçürülmək istəyib. Lakin istintaq orqanı xahişi rədd edib və onu Səhiyyə Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Surb Qriqor Lusavoriç Tibb Mərkəzinə köçürmək qərarına gəlib.
“Əvəzində Köçəryanı əməliyyat edən həkim Müqəddəs Qriqor İşıqlandırıcı Xəstəxanasına dəvət olunub və orada Köçəryanı müayinə edərək konsultasiya keçirib"- xəbərdə deyilir.
SAMİRƏ