ABŞ qüvvələri Hörmüz boğazında İranın Larak adasına zərbə endirib. İranın Tasnim xəbər agentliyinin məlumatına görə, bu, iyulun sonundan bəri ilk hücumdur. İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın pilotsuz təyyarəsinin hücumunda ən azı iki nəfərin öldüyünü iddia edib. İran hərbçiləri də daxil olmaqla daha iki nəfər yaralanıb. ABŞ hakimiyyəti İrana zərbələrin bərpa olunduğunu açıqlamayıb. "Axios" qəzetinin jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib ki, zərbələr, ehtimal ki, Larak adasındakı buraxılış qurğularını hədəf alıb. Mənbələrə görə, ABŞ ölkə hakimiyyəti İranın Hörmüz boğazına raket atmaq üçün mümkün hazırlıqları barədə məlumat aldıqdan sonra adaya hücum edib. İran hücuma görə ABŞ və İsraili günahlandırıb. İİKK cavab verəcəyinə söz verib.
SAMİRƏ