"Çıxışımda da qeyd etdiyim kimi, təəssüf ki, Zəngəzur dəhlizinin açılışını burada çalışdığım müddətdə görə bilmədim. Amma inşallah, həmin dəhliz açılanda dünyanın harasında olmağımdan asılı olmayaraq, gəlib oradan ilk keçənlərdən biri olmaq istəyirəm”.
Bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.
Baş konsul daha sonra deyib: “Sizə bununla bağlı söz də verirəm. İnşallah, yaxın zamanda bu tarixi hadisəni birlikdə görəcəyik. Bir daha bütün naxçıvanlı qardaşlarımıza, burada fəaliyyət göstərən bütün dövlət qurumlarının və digər təşkilatların rəhbərlərinə və əməkdaşlarına bu dörd il ərzində mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm"- deyə baş konsul əlavə edib.
Tahir TAĞIYEV