Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanın Cənubi Qafqaz Dəmir Yolunun (CQD) Rusiyaya güzəştə getməsinin Ermənistanın yeni logistika layihələrində iştirakına mane olduğu barədə arqumentlərinin yalan olduğunu bildirib.
"İrəvanın Rusiya güzəştinin guya Ermənistanın logistika təşəbbüslərində iştirakına mane olması ilə bağlı arqumentləri tamamilə yalandır" – deyən Qaluzinin sözlərinə görə, Cənubi Qafqaz Dəmir Yolları öz öhdəliklərini yerinə yetirir və güzəşt aldıqdan bəri Ermənistan dəmir yolu şəbəkəsinin inkişafına, o cümlədən dəmir yolunun təkmilləşdirilməsinə 30 milyard rubldan çox sərmayə qoyub. Bundan əlavə, dəmir yolunun iş qrafiki Ermənistan tərəfinin xahişi ilə tənzimlənib.
Qaluzin qeyd edib ki, Ermənistanın rəqabət üstünlüklərini qoruyub saxlamasına kömək edən məhz Rusiya dəmir yolu işçilərinin təcrübəsi olub və bu, hazırda regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müzakirələrə imkan verir.
"Güzəştin heç kimə verilməsi məsələsi əvvəllər qaldırılmadığını nəzərə alsaq, Ermənistan rəhbərliyinin sadəcə şantaj edildiyi ehtimalı yüksəkdir" – deyən XİN müavininin fikrincə, İrəvandan milyonlarla dollarlıq investisiya və iqtisadi cəhətdən səmərəliliyi şübhə altında olan layihələrdə iştirak vədləri müqabilində nəqliyyat sektorundan "Rusiya faktoru"nu aradan qaldırmaq istənilir. Qaluzin bunu "Qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırmaq üçün vicdansız oyunlarının" bir hissəsi adlandırıb.
O, həmçinin Rusiya və Ermənistan tərəflərini fikir ayrılıqlarını işgüzar şəkildə müzakirə etməyə çağırdı və qeyd edib ki, tərəfdaşlar adətən əvvəlcə "masada oturub mövcud problemləri və narahatlıqları işgüzar şəkildə müzakirə edirlər", xüsusən də əgər onlar həqiqətən də dostcasına həll yolu tapmaq istəyirlərsə.
Tahir TAĞIYEV