“Dağlıq Qarabağın keçmiş prezidenti Bako Saakyanın Bakı həbsxanasında həbsdə olması milli rüsvayçılığın simvoludur”.
Bunu Geqarddakı liturgiyadan sonra "Müqəddəs Mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib. Bako Saakyanın 30 avqustda 66 yaşının tamam olduğunu xatırladan Qalstanyan ona və “Artsaxın hərbi-siyasi rəhbərliyinin nümayəndələrinə” tezliklə azadlığa buraxılmalarını arzulayıb.
Görünür, bu toplumun öndəgedənləri özgə torpağına göz dikməni “milli rüsvayçılıq” saymır. Hələ də…
SAMİRƏ