Cümə günü, 06 noyabr 2026
     

Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

Image


Akif Nağı: "Qərb Ukraynanı Rusiyaya qarşı öz hesabına silah istehsal edən gücə çevirmək istəyir"

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli silahlarla yanaşı, “Storm Shadow” qanadlı raketlərinin Ukrayna müəssisələrində müstəqil şəkildə yığılması üçün texnoloji məlumatlar verməsi barədə informasiyanı izləyir.

Zaxarovanın sözlərinə görə, Böyük Britaniya bununla Ukraynaya yalnız hazır raketlər təqdim etməklə kifayətlənmir, həm də onların istehsal imkanlarının yaradılmasına kömək edir. O, Londonun Rusiyaya qarşı siyasətinin davam etdirildiyini vurğulayıb.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron da daha əvvəl oxşar şəkildə raket texnologiyalarının ötürülməsi imkanını açıqlamışdı, lakin bunu həyata keçirə bilməmişdi. Zaxarova bildirib ki, Moskva bu addımları diqqətlə izləyir və məsələ ilə bağlı daha ətraflı açıqlamaların veriləcəyini deyib.

Qərbin Ukraynaya qanadlı raketlərin istehsal texnologiyalarını ötürməsində əsas məqsəd nədir: Kiyevin öz uzaqmənzilli silah istehsalını formalaşdıraraq Rusiyaya daha dərin zərbələr endirmək imkanını artırmaq, müharibəni uzadaraq Moskvanın hərbi potensialını zəiflətmək, yoxsa Qərb ölkələrinin birbaşa raket tədarükü ilə bağlı məsuliyyətini azaltmaq?

Politoloq Akif Nağı məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Böyük Britaniya və Fransa kimi Qərb ölkələrinin Ukraynaya raket texnologiyalarının ötürülməsi Rusiyaya qarşı ümumi strategiyanın tərkib hissəsidir.

Onun sözlərinə görə, burada əsas məqsədlərdən biri Ukraynanın müəyyən silahları, o cümlədən uzaqmənzilli raketləri müstəqil şəkildə istehsal etmək imkanına malik olmasıdır. Çünki Qərb ölkələri müharibənin yaxın perspektivdə tamamilə başa çatacağını düşünmürlər və hətta, mümkün atəşkəs və ya sülh razılaşmasından sonra yeni qarşıdurma ehtimalını da nəzərə alırlar. Bu baxımdan Ukraynanın öz hərbi-sənaye imkanlarını formalaşdırması Qərb üçün strateji əhəmiyyət daşıyır.

Akif Nağı hesab edir ki, silahların davamlı şəkildə xaricdən göndərilməsi həm maliyyə, həm də logistika baxımından Qərb ölkələri üçün ciddi yükdür. Ukraynada həmin silahların istehsalının qurulması isə bu yükün müəyyən hissəsini aradan qaldıra bilər. Qərb ölkələri texnologiya, avadanlıq və mütəxəssis dəstəyi göstərməklə Ukraynanın öz ərazisində silah istehsalını təşkil etməsinə şərait yarada bilər.

Politoloqun fikrincə, burada Qərbin daxili siyasi və maliyyə maraqları da nəzərə alınmalıdır. Xüsusilə ABŞ-da Ukraynaya silah yardımı ilə bağlı vaxtaşırı mübahisələr yaranır. Vaşinqton Avropa ölkələrinin Ukraynaya dəstəyin maliyyə yükündə daha böyük pay götürməsinə çalışır. Bu baxımdan Ukraynanın müəyyən silahları özü istehsal etməsi Qərbin üzərinə düşən yükü də azalda bilər.

Ekspert əlavə edib ki, ikinci mühüm istiqamət Rusiyanın hərbi potensialının zəiflədilməsidir. Qərb ölkələri Ukraynanın uzaqmənzilli silahlara və onların istehsal imkanlarına malik olmasını Rusiyaya qarşı çəkindirici amil kimi qiymətləndirirlər. Məqsəd yalnız hazırkı müharibədə Rusiyanın imkanlarını məhdudlaşdırmaq deyil, həm də gələcəkdə Moskvanın Ukraynaya və digər Avropa ölkələrinə qarşı yeni hərbi əməliyyatlara başlama ehtimalını azaltmaqdır.

Akif Nağı bildirib ki, Ukraynanın öz hərbi sənayesini inkişaf etdirməsi onu Avropa ilə Rusiya arasında mühüm təhlükəsizlik buferinə də çevirə bilər. Qərbin yanaşmasında Ukraynanın güclü və silahlı olması Rusiyanın Avropaya doğru hərbi ekspansiyasının qarşısını alan amillərdən biri kimi nəzərdən keçirilir.

Politoloqun fikrincə, üçüncü istiqamət isə Rusiyanın dərinliyindəki hədəflərə zərbə endirmək imkanlarının artırılmasıdır. Uzaqmənzilli raketlərin Ukraynanın özündə istehsal olunması Kiyevə daha operativ şəkildə silah əldə etmək və Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək imkanı verə bilər. Belə olduqda Ukrayna hər bir raket üçün Qərbdən yeni tədarük gözləmək məcburiyyətində qalmır.

"Burada əsas məsələ Ukraynanın öz hesabına, öz imkanları ilə silah istehsal etməsidir. Qərb həm maliyyə və logistika baxımından üzərinə düşən yükü azaltmağa, həm də Rusiyanı maksimum zəiflətməyə çalışır. Eyni zamanda Ukraynanın güclü silahlanması Rusiyanın gələcəkdə aqressiv addımlar atmasının qarşısını alan ciddi çəkindirici amil kimi nəzərdə tutulur", – deyə Akif Nağı vurğulayıb.

Beləliklə, ekspertin yanaşmasına görə, Qərbin Ukraynaya raket texnologiyalarını ötürməsini yalnız "müharibəni uzatmaq" və ya birbaşa raket tədarükünə görə məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirmək düzgün olmaz. Burada bir neçə məqsəd üst-üstə düşür: Ukraynanın uzunmüddətli hərbi dayanıqlılığının təmin edilməsi, Qərbin silah tədarükü yükünün azaldılması, Rusiyanın hərbi potensialının zəiflədilməsi və gələcək mümkün qarşıdurmalarda Ukraynanın özünü müdafiə imkanlarının artırılması.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ