ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Venesuela ilə “tarixi” neft razılaşması əldə etdiyini bildirib.
Onun sözlərinə görə, bu addım Amerikanın neft ehtiyatlarını və tədarükünü artıracaq, həmçinin benzinin qiymətini aşağı salacaq.
“Mənim göstərişimlə Dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqset, Venesuelanın son dərəcə hörmətli müvəqqəti prezidenti Delsi Rodriqeslə sıx əməkdaşlıq çərçivəsində və özəl bizneslə tərəfdaşlıq yolu ilə, amerikalı vergi ödəyicilərinə heç bir xərc çəkmədən Venesueladakı 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatının böyük hissəsi üzərində ABŞ-ın nəzarətini təmin etdilər”, – deyə Tramp sosial şəbəkədə yazıb.
“CNN”in məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes də iki ölkə arasında əldə olunmuş razılaşmanı müsbət qiymətləndirib.
Tahir TAĞIYEV