Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mediaya verdiyi açıqlamada Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın respublikanın cəbhəyə göndərilməmək istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olması barədə açıqlamalarını təxribat adlandırıb.
"A.Simonyanın açıqlamalarını təxribat hesab edirik. Onlar mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz hərəkətlər etməyə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verir" – deyə Zaxarova bildirib.
O qeyd edib ki, Simonyan "Dojd" televiziya kanalına verdiyi müsahibədə "qəsdən təxribat xarakterli şəkildə ifadə edilmiş suala" uyub və Rusiyada ehtimal olunan səfərbərlik barədə fərziyyələrə qapılıb. Diplomatın sözlərinə görə, bu, Rusiya rəsmiləri tərəfindən dəfələrlə təkzib edilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin rəsmi İrəvan nümayəndələrinin "Moskva ilə ikitərəfli əməkdaşlığı pozan" açıq bəyanatlar yayması tendensiyasının davam etdiyini bildirib.
Zaxarova xatırladıb ki, Simonyan 2026-cı ilin fevral ayında Rusiyaya səfəri zamanı Rusiya-Ermənistan əlaqələrinin inkişafının vacibliyindən danışıb. Onun fikrincə, Ermənistan Təhlükəsizlik Şurası katibinin hazırkı şərhləri İrəvanın "Qərbə və Kiyev rejiminə xidmət etmək" istəyini göstərir.
Tahir TAĞIYEV