Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiyanın mümkün eskalasiyaya ciddi hazırlaşdığına işarə edən çox sayda siqnal mövcuddur. Onun sözlərinə görə, növbəti yeddi-səkkiz ay Ukraynanın, Polşanın və bütövlükdə regionun təhlükəsizliyi üçün kritik ola bilər.
Jurnalistlər Polşanın Baş nazirinə Con Retkliffin Moskvaya son səfəri barədə sual veriblər. Tuskun sözlərinə görə, Polşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə daimi təmasdadır və Retkliffin fəaliyyəti barədə məlumat onlar üçün gözlənilməz olmayıb.
“Biz Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə daimi əlaqədəyik, buna görə də Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin hərəkətləri və tədbirləri barədə hər hansı bir məlumat bizi təəccübləndirmir”, – Polşa Baş naziri qeyd edib.
Tahir TAĞIYEV