Macarıstan polisi keçmiş baş nazir Viktor Orbanın atası Qiozo Orbanın “Dolomit Kft” şirkətinə qarşı istintaq başladılıb.
Macarıstan mediasının məlumatına görə, polis “Dolomit Kft” şirkətinin, dövlət tərəfindən maliyyələşdirilən M1 avtomagistralının genişləndirilməsi layihəsində istifadə olunan daş və digər materialları “V-Híd Zrt” tikinti şirkətinə bazar qiymətindən baha satıb-satmadığını araşdırır.
İyun ayında Macarıstan Milli Assambleyasının keçmiş müstəqil deputatı Akoş Hadhazinin sosial şəbəkədə Viktor Orbanın atasının şirkətinin “V-Híd” şirkətinə tikinti daşlarını bazar qiymətindən baha tədarük etdiyinə dair müqavilələrin əlinə keçdiyini yazmasından sonra bu iş başlayıb. Deputatın sözlərinə görə, bəzi məhsullar ictimai qiymət siyahısında göstərilən dəyərindən iki dəfə baha satılıb.
Tahir TAĞIYEV