Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirir

Image


Kamerunun Universal Maidens Association Cameroon (UNIMAC) təşkilatı, Azərbaycanın “XXI Əsrin Qadınları” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu arasında üçtərəfli əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandum insan hüquqlarının müdafiəsi, qadınların və həssas qrupların imkanlarının genişləndirilməsi, insan alverinin və müxtəlif istismar formalarının qarşısının alınması, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hesabatlılığın təşviqi, eləcə də vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər birgə tədqiqat və monitorinqlər aparacaq, hüquqi və siyasət tövsiyələri hazırlayacaq, maarifləndirmə təşəbbüsləri həyata keçirəcək, ekspert və təcrübə mübadiləsi təşkil edəcək, həmçinin milli və beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanlarını inkişaf etdirəcəklər. Əməkdaşlığın mühüm istiqamətlərindən biri insan alveri, korrupsiya, əmək istismarı, qanunsuz işə cəlbetmə, miqrasiya ilə bağlı risklər və səlahiyyətdən sui-istifadə arasında əlaqələrin araşdırılmasıdır. Bu mövzular üzrə müqayisəli tədqiqatların, analitik hesabatların və preventiv təşəbbüslərin hazırlanması nəzərdə tutulur.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, imzalanmış Memoranduma yalnız üç təşkilat arasında formal əməkdaşlıq sənədi kimi baxmaq düzgün olmaz: “Bu əməkdaşlıq bizim üçün müxtəlif regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının təcrübəsini bir araya gətirmək imkanıdır. İnsan alveri, korrupsiya, əmək istismarı və insanların həssas vəziyyətindən sui-istifadə çox vaxt bir-birindən ayrı problemlər deyil. Onları yaradan ortaq risklər, sosial səbəblər və institusional boşluqlar var. Ona görə də beynəlxalq QHT əməkdaşlığı yalnız tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalıdır. Birgə araşdırmalar, monitorinqlər, ekspert mübadiləsi və konkret həllərin hazırlanması bu əməkdaşlığın real nəticəsi olmalıdır. Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələrinin, o cümlədən Afrika ölkələrinin vətəndaş cəmiyyəti təşkilatları ilə birbaşa əməkdaşlığının genişlənməsini də vacib hesab edirik”.

Memorandumda əməkdaşlığın hüquqi və etik çərçivəsinə də diqqət yetirilib. Tərəflərin institusional müstəqilliyi, donor və qrant müraciətlərində təşkilatların ad və loqolarından yalnız əvvəlcədən razılıq əsasında istifadə edilməsi, fərdi və həssas məlumatların qorunması, maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı sıfır dözümlülük prinsipləri sənəddə əksini tapıb.

Sənədi Universal Maidens Association Cameroon-un (UNIMAC) Baş icraçı direktoru Ameh Maurice Ngwa, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev imzalayıblar.

Üç il müddətinə nəzərdə tutulan Memorandum Azərbaycan və Kamerun vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin genişləndirilməsinə, yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradır.

Qeyd edək ki, Universal Maidens Association Cameroon (UNIMAC) – Kamerunda fəaliyyət göstərən qeyri-kommersiya vətəndaş cəmiyyəti təşkilatıdır. Təşkilat 2020-ci ildə yaradılıb, 2021-ci ildə rəsmi qeydiyyatdan keçib. UNIMAC qadın və qızların sosial-iqtisadi imkanlarının genişləndirilməsi, gender əsaslı zorakılığın qarşısının alınması, təhsil və peşə bacarıqlarının inkişafı, insan hüquqlarının müdafiəsi, həssas icmaların dəstəklənməsi, yoxsulluğun azaldılması və davamlı icma inkişafı istiqamətlərində fəaliyyət göstərir.

Təşkilat, həmçinin ev işçilərinin hüquqları, layiqli əmək şəraiti və istismardan müdafiə məsələləri ilə məşğul olur. UNIMAC müxtəlif tərəfdaşlarla qadınların iqtisadi imkanlarının genişləndirilməsi, menstrual sağlamlıq, sülh quruculuğu, kənd icmalarının dayanıqlığının artırılması və digər sosial istiqamətlərdə layihələr həyata keçirib. Təşkilata onun təsisçisi və Baş icraçı direktoru Ameh Maurice Ngwa rəhbərlik edir.

“XXI Əsrin Qadınları” İctimai Birliyi – qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, həssas qrupların sosial müdafiəsi, insan alverinin qarşısının alınması və insan alverindən zərər çəkmiş şəxslərə dəstək istiqamətlərində fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatıdır. Təşkilata Mahirə Əmirhüseynova rəhbərlik edir.

“Konstitusiya” Araşdırmalar Fondu – hüquq, insan hüquqları, konstitusionalizm, yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıq, korrupsiyanın qarşısının alınması, vətəndaş iştirakçılığı və hüquqi siyasət məsələləri üzrə araşdırma, monitorinq, maarifləndirmə və ictimai təşəbbüslər həyata keçirən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatıdır. Fondun prezidenti Əliməmməd Nuriyevdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ