Suriya təhlükəsizlik qüvvələri devrilmiş prezident Bəşər Əsədin dövründə ordu komandiri olmuş Firas Əbdül Kərim Hammudun ölümü barədə məlumat verib. AFP-nin məlumatına görə, onu saxlamağa cəhd edərkən Hammud təhlükəsizlik qüvvələrinə atəş açıb, nəticədə məhv edilib. Agentliyin bəyanatında Hammud yeni hökumətə qarşı silahlı etirazlarda iştirak etməkdə ittiham olunur və bu etirazlar nəticəsində təhlükəsizlik qüvvələri üzvlərinin ölümü baş verib. 2024-cü ilin dekabrında Əsədin devrilməsindən bəri Suriyanın yeni islamçı hakimiyyəti keçmiş rejimin təhlükəsizlik qüvvələrinin onlarla üzvünü saxlayıb. Onlardan bəzilərinə qarşı məhkəmə prosesləri aprel ayında başlayıb.
SAMİRƏ