2027-ci ilin yanvarında 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar artırılacaq. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat xatırladıb ki, rəsmi statistikaya əsasən, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği 10.5 faiz artaraq 594 manata çatıb.
Onun sözlərinə görə, bu məbləğ orta aylıq əmək haqqının 51 faizi deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10.2, əlilliyə görə 10.5, ailə başçısını itirməyə görə isə 10.3 faiz artıb.
“Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib”.
Millət vəkili əlavə edib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyalarını növbəti dəfə indeksləşdirilərək artırılması gələn ilin yanvarında reallaşcaq.
“Bu zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir”, - deyə o qeyd edib.
ZÜMRÜD