ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində Rusiyanın NATO-ya qarşı təxribat planlaşdırdığı ilə bağlı iddiaları rədd edib.
"Mən heç narahat deyiləm (...). Burada heç bir problem yoxdur" – deyə portal prezidentin məsələ ilə bağlı suala cavab olaraq dediyi sözləri sitat gətirir.
Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərini "həmişəki kimi" adlandırıb və səfərlə bağlı mediada yayılan xəbərlərə təəccübləndiyini bildirib.
"Retkliff rusiyalı həmkarı ilə altı ayda bir və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. O, heç bir mesaj ötürməyib və qeyri-adi bir şey olmayıb" - deyə Tramp vurğulayıb.
Tramp, Retkliffin Moskvaya səfəri zamanı hər hansı bir mesaj çatdırıb-çatdırmadığını deməkdən də imtina edib: "Mən bunu müzakirə etmək istəmirəm… Amma onlar hücum etməyəcəklər".
Tahir TAĞIYEV