İran Hörmüz boğazından "qanunsuz keçməyə cəhd edən" supertankerin iki dəniz minasına düşdüyünü və partlayışdan sonra yanğın baş verdiyini açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri yazılı açıqlamasında bildirib ki, Hörmüz boğazının cənubundan qanunsuz yolla keçməyə çalışan supertanker iki dəniz minasına dəyib, alovlanıb və tamamilə dayanıb.
"Hörmüz boğazında təhlükəsizlik qaydalarını pozan gəmilərin də oxşar aqibətlə üzləşəcəyi" barədə xəbərdarlıq edilən açıqlamada daha sonra deyilir: "İnqilab Keşikçiləri Dəniz Qüvvələri tərəfindən verilən tranzit və naviqasiya qaydalarına riayət etmək məcburidir. Gəmiçilik şirkətləri uşaq öldürən ABŞ hərbçilərinin təxribatlarına aldanmamalı və gəmi heyətlərinin həyatını və əmlakını lazımsız yerə təhlükəyə atmamalıdır".
Tahir TAĞIYEV