Rusiyada immiqrasiya qanunlarını pozan təxminən 140 xarici vətəndaş Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Moskva metrosunda bir neçə saatlıq reyd zamanı saxlanılıb.
"Kommersant" agentliyin miqrasiya xidmətinə istinadən xəbər verir ki, saxlanılanların hamısına qarşı inzibati protokollar tərtib edilib və bundan sonra onların ölkədən deportasiya edilməsi planlaşdırılır.
Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları immiqrasiya qanunlarını pozanları müəyyən etmək üçün hazırlanmış xüsusi sistemdən istifadə ediblər. Daxili İşlər Nazirliyi oxşar texnologiyaların artıq metroda, hava limanlarında, çay limanlarında, qatar stansiyalarında və digər obyektlərdə istifadə olunduğunu qeyd edib.
"Moskva metrosunda aparılan təcrübə öz effektivliyini sübut edib" - Miqrasiya xidmətinin açıqlamasında deyilir.
Agentlik əlavə edib ki, oxşar reydlər Rusiyanın digər bölgələri də daxil olmaqla, müntəzəm olaraq keçiriləcək.
Tahir TAĞIYEV